Haqqımızda

QORUMA SİYASƏTİ

QORUMA SİYASƏTİ

 

AAF NİZAMNAMƏSİ

AAF NİZAMNAMƏ

Azərbaycan Atletika Federasiyası (AAF) 1923-ci ildə yaradılmış və 1992-ci ildən yenidən təsis edilmişdir. AAF 1992-ci ildən etibarən Atletika Federasiyalarının Beynəlxalq Assosiyasiyası (İAAF) və Asiya Atletika Federasiyaları Assosiyasiyasının üzvüdür. 1999-cu ildə İspaniyanın Sevilya şəhərində keçirilən Atletika Federasiyalarının Beynəlxalq Assosiyasiyasının (İAAF) konqresində  Azərbaycan Atletika Federasiyasının müraciətinə əsasən, Avropa Atletika Federasiyaları Assosiyasiyasının (EAA) üzvlüyünə keçirilmişdir. 2019-cu ildə AAF Balkan Atletika Federasiyalarının Assosiyasiyasına üzv olmuşdur.

Bakıda ilk atletika yarışları 1922-ci ildə keçirilmişdir. Növbəti illərdə Azərbaycanda atletika daha da, inkişaf etməyə başlamışdır. Belə ki, Azərbaycanda atletikanın inkişafında SSRİ-nin Əməkdar məşqçisi Əfqan Səfərovun  böyük xidmətləri olmuşdur.

Aşağıda adları qeyd olunan idmançılar Azərbaycanda böyük nəticələr əldə etmişdirlər. Qalina Qaneker, İsay Papkov, Stanislav Nenaşev, Xandadaş Mədətov, Yuri Konovalov, Ziba Ələsgərova, Valeri Sereda, Nina Brıntseva SSRİ, Avropa, və dünya rekordları müəyyən etmişdilər. Y.Konovalov estafet qaçışında iki dəfə Olimpiya Oyunlarının gümüş (1956, Melburn; 1960, Roma) medalını qazanmış, Aleksandr Kornelyuk Avropa çempionatının (1971, Finlandiya) və Münhen Olimpiya Oyunlarının gümüş (1972) medallarının sahibi olmuşdur. 1979-cu ildə Avstriyada (Vena) keçirilən qış Avropa çempionatında Vladimir Tsepelev I yerə layiq görülmüşdür. 1981-ci ildə V.Sereda Avropa çempionatında (Zaqreb) qızıl medal əldə etmişdir.Tsepelev uzunluğa tullanma növündə Tbilisi şəhərində keçirilən Ümumittifaq yarışlarda 8,03 nəticə göstərmiş və Azərbaycan rekordu müəyyənləşmişdir. 1980-90-cı illərdə Azərbaycan atletləri SSRİ və beynəlxalq yarışların qalibləri və mükafatçıları olmuşdurlar. Vasif Əsədov üç təkanla tullanmada üç qat SSRİ (1983, 1984, 1988) çempionu adına layiq görülmüş, Avropa çempionatının bürünc (1988) medalını qazanmışdır.

 

2007-ci (11-15 iyul) tarixlərində Yeniyetmələr arasında Dünya Çempionatı, Ostrava (ÇEX) - 200m məsafəyə qaçış, Ramil Quliyev 2-ci yer

2007-ci il (23-27 iyul), Yeniyetmələrin Avropa Olimpiya Festivalı, Belqrad (SER),  100m məsafəyə qaçış (10.50 nəticə ilə) və 200m məsafəyə qaçışda (20,98 nəticə ilə) Ramil Quliyev 1-ci yer. Üç təkanla tullanma növündə (15.56 nəticə ilə) Ənvər Zeynalzadə 1-ci yer

2007-ci il (17-23 sentyabr) Yeniyetmələrin I Avrasiya Oyunları, Brest (BLR), 100m və 200m məsafəyə qaçışda Samir Ağammədov Gümüş medal

2008-ci il (03-09 iyul) IV Asiya Uşaqlarının Beynəlxalq İdman Oyunları, Yakutiya (RUS) Üç təkanla tullanma, Murad İbadullayev 1-ci yer, Yakut tullanmalarında isə 2-ci yer, 100m məsafəyə qaçışda Samir Ağammədov 2-ci, 200m məsafəyə qaçışda isə 3-cü yeri tutub.

2009-cu il (01-12 iyul) Tələbələrin Dünya Oyunları Belqrad (SER), Ramil Quliyev 200m məsafəyə qaçışda 20,04 nəticə göstərərək Qızıl medal qazanır. Həmçinin bu nəticə ilə o, Gənclər arasında Yeni Avropa Rekorduna və Böyüklər arasında Azərbaycan  Rekorduna İmza atır.

2009-cu il (23-26 iyul) Novi Sad (Ser), 20 yaşa qədər Avropa Çempionatı. Ramil Quliyev 200m (20.33) - 1-ci yer, Hayle İbrahimov, 5000m (14:01.19 nəticə ilə) 1-ci yer və 10 000 m məsafədə (30:06.64 nəticə ilə) 1-ci yer,Ramil Quliyev 100m (10.16 nəticə ilə) - 2-ci yer, Layeş Abdullayeva , 1500m məsaf (4:16.63 nəticə) 2-ci yer və 3000m MQ (9:55.95) 2-ci yer.

2009-cu il (15-23 avqust) , Berlin (ALM) Dünya Çempionatı, 200m (20.61 nəticə) Ramil Quliyev 7-ci yer

2010-cu il (27 iyul) , Barselona (İSP) - Avropa Çempionatı, 5000m məsafəyə qaçış , Hayle İbrahimov (13:34.15), Bürünc Medal

2011-ci il (06-08 mart) - Paris (FRA), Qış Avropa Çempionatı, 3000m məsafəyə qaçış Hayle İbrahimov (7:53.32), 2-ci yer

2011-ci il (14-17 iyul), 23 yaşa qədər Avropa Çempionatı, Ostrava (ÇEX), Layeş Abdullayeva 5000m (15:29.47) Birinci yer və 10.000m (32I18.05) Birinci yer

2011-ci il (21-24 iyul) - 20 yaşa qədər Avropa Çempionatı, Tallin (EST), Üç Təkanla tullanma növündə, Murad İbadullayev - 16.25 nəticə ilə 2-ci yer, 110m SQ növündə Rahib Məmmədov 13.74 nəticə ilə 3-cü yer

2012-ci il (10-15 iyul), 20 yaşa qədər Gənclərin Dünya Çempionatı, Barselona (İSP), Üç Təkanla tullanma, Yekaterina Sarıyeva, 13.33 nəticə ilə Yeni Azərbaycan Rekorduna imza atdı və 7-ci yeri tutdu.

2012-ci il (03-15 iyul), Uşaqların Asiya Oyunları, Yakutiya (RUS), Üç təkanla tullanma, Nazim Babayev 13.94 nəticə ilə 2-ci yer

2012-ci il (27 iyul - 12 avqust) - London Yay Olimpiya Oyunları, 5000m ,Hayle İbrahimov (13:45.97), 9-cu yer

2013-cu il, (01-03 mart) - Qış Avropa Çempionatı, Goteborg (İSV) 3000m (7:49.72 nəticə ilə) Hayle İbrahimov Avropa Çempionu adını qazandı

2013-cu il (07-12 iyul) - Tələbələrin Yay Dünya Oyunları, Kazan (RUS) - 5000m məsafəyə qaçışda Hayle İbrahimov 13:35.89 nəticə göstərərək birinci yeri tutdu və bu oyunların rekorduna imza atdı

2013-cu il (11-14 iyul) 23 yaşa qədər Avropa Çempionatı Tampere (FİN), 5000m məsafəyə qaçış 15:51.72 nəticə ilə, Layeş Abdullayeva, Gümüş medala sahib çıxdı

2013-cu il (14-19 iyul) Yeniyetmələtin Avropa Olimpiya Festivalı, Utrext (HOL), Üç təkanla tullanma növündə, Nazim Babayev 15.53 nəticə ilə yarışın qalibi oldu.

2013-cu il ,( 22 sentyabr - 10 oktyabr) , 3-cü İslam Həmrəyliyi Oyunları, İndoneziya, Üç Təkanla tullanma, Sarıyeva Yekaterina, 13.28 nəticə ilə Birinci yer, 5000m məsafəyə qaçışda , Hayle İbrahimov, 13:03.12 nəticə ilə Birinci yer, Çəkic Atma növündə, Dmitriy Marşin, 70.52 nəticə ilə 3-cü yer , 5000m məsafəyə qaçışda Layeş Abdullayeva, 16:49.08 nəticə ilə 3-cü yerə layiq görülmüşlər.

2014-cu il (30 may - 01 iyun) Avropa Gənclərinin Olimpiya Təsnifat Turniri Bakı (Azərbaycan), Üç təkanla tullanma növündə Nazim Babayev, 16.14 nəticə ilə birinci yer, 3000m məsafəyə qaçışda isə Hadiyes Bahafeta 09:34.46 nəticə ilə İkinci olmuşdur.

2014-cu il (12-18 avqust) - Avropa Çempionatı Zürix (İsveçrə), 5000m məsafəyə qaçış, Hayle İbrahimov, 14:18.32 nəticə ilə İkinci yeri tutmuşdur.

2014-cu il (16-28 avqust) - Yeniyetmələrin Yay Olimpiya Oyunları , Nanjinq (ÇİN), Üç təkanla Tullanma, Nazim Babayev 15.96 nəticə ilə 3-cü yer.

2014-cu il (13-14 Sentyabr), Dünya Kuboku, Mərakeş, 3000m məsafəyə qaçış, 7:53.14, Hayle İbrahimov II Yer

2015-ci il (08-12 iul), Tələbələrin Dünya Universiadas;, Qvanqjou (ÇİN), 5000m məsafəyə qaçışda Hayle İbrahimov, 13:44.28 nəticə ilə Birinci Yer, Çəkic Atmada isə, Anna Skidan, 70.67 nəticə ilə Birinci yer.

2015-ci il (16-19 iyul), 20 yaşa qədər Avropa Çempionatı,Eskilstuna (İSV), Üç təkanla tullanma, Nazim Babayev, 17.04 nəticə ilə Birinci yerə layiq görüldü.

2016-cı il, (06-10 iyul), Avropa Çempionatı, Amsterdam (HOL), Çəkic Atma, Anna Skidan 73.83 nəticə ilə 3-cü yeri tutdu.

2016-ci il (10-13 iyul), Yeniyetmələrin Asiya Oyunları, Yakutsk, ( RUS), 100m məsafəyə qaçışda, Yelena Pextireva 12.24 nəticə ilə I yer, 200m məsafədə də 25.69 nəticə ilə birinci yer, Qızlardan ibarət 4x100m məsafəyə estafet komandası  da (Əliyeva Günel, Pextireva Yelena, Tağızadə Fəxriyyə və Vəliyeva Lamiyə) 49.33 nəticə göstərərək I yeri tutmuşlar

2016-ci il 13 noyabr, İAAF Golden Label Marafon, İstanbul Vodafone Marafonu, Evans Kiplaqat, 12:30.30 nəticə ilə birinci yeri tutdu.

2017-ci il, (16-20 may)  IV İslam Həmrəyliyi Oyunları, Bakı , Azərbaycan, Üç təkanla tullanma növündə, Nazim Babayev 17.15 nəticə ilə, Çəkic atmada isə Anna Skidan 75.29 (Yeni Azərbaycan Rekordu) nəticə ilə Qızıl Medala layiq görüldülər. Üç təkanla Tullanma növündə Aleksis Kopello 16.90 nəticə ilə, 110m sədlərlə qaçışda isə Rahib Məmmədov 14.18 nəticə ilə Gümüş medala sahib oldular. 3 təkanla tullanma növündə Sarıyeva Yekaterina 12.81m nəticə göstərərək bürünc medal qazanmışdır. İdmançımız Zəkiyyə Həsənova isə, 100m məsafəyə qaçışda 11.72 və 200m məsafəyə qaçışda 23.76 nəticə göstərərək hər iki növdə həm 4-cü oldu həm də Yeni Azərbaycan Rekorduna imza atdı

2017-ci il, (20-23 iyul), 23 yaşa qədər Avropa Çempionatı, Bıqdoş (POL), Üç təkanla Tullanma növündə, 17.18 nəticə ilə Nazim Babayev I Yeri tutdu.

2017-ci il (04-13 avqust), Dünya Çempionatı, London (İNG), Üç təkanla tullanma növündə, Aleksis Kopello, 17.16 nəticə ilə 5-ci yeri tutmuşdur.

2017-ci il, (20-25 avqust), Gənclərin Yay Universiyadası, Taipei (Tayvan), Üç təkanla tullanma növündə, Nazim Babayev 17.01 nəticə ilə Qızıl medala layiq görülüb.

2018-ci il, (09 iyun), Kiçik Ölkələrin Avropa Çempionatı (Şaan, Lixtenşteyn), 200m məsafəyə qaçışda 23.56 nəticə göstərərək Qadınlar arasında Yeni Azərbaycan Rekorduna sahib oldu və yarışın Qızıl medalına layiq görüldü. O, 100m məsafədə də 11.61 nəticə göstərərək Yeni Azərbaycan Rekorduna sahib oldu və bu məsafədə Gümüş medala layiq görüldü.

2018-ci il (12 avqust) - Avropa Çempionatı (Berlin), Aleksis Kopello 3 təkanla tullanma növündə 16.93 nəticə göstərərək Avropa ikincisi oldu

2018-ci il (18 fevral), İstanbul Qış Kuboku, Zəkiyyə Həsənova 60m məsafədə 7.45 nəticə göstərərk Yeni Azərbaycan Qış rekorduna imza atmaqla yanaşı, yarışın bürünc medalına sahib olur

2018-ci il (04 May), Briliyant Liqa (Doha), Aleksis Kopello 3 təkanla tullanma növündə 17.21 nəticə göstərərək Bürünc medala layiq görüldü.

2018-ci il (06 iyul), Yeniyetmələr arasında Avropa Çempionatı (Györ) Məmmədov Rüstəm Yeniyetmələr arasında Avropa Çempionatında 15.16 nəticə göstərərək Bürün medala layiq görüldü.

2018 - ci ildə Yeniyetmələrimiz, Rüstəm Məmmədov və Fəxriyyə Tağızadə Buenos Airesdə keçirilən, Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmişlər.

2019-cu il (16 fevral) Qış Balkan Çempionatında Nazim Babayev 16.68m nəticə ilə qızıl medala layiq görülmüşdür.

2019-cu il (03 mart) tarixində, Qlazqoda keçirilən Qış Avropa Çempionatında Nazim Babayev 17.29 nəticə ilə Avropa Çempionu adını qazanmışdır.

2019-cu il (10 iyul) İtaliyanın Napoli şəhərində keçirilən Tələbələrin Yay Universiadasında Nazim Babayev 16.89 nəticə ilə qızıl medala layiq görülmüşdür.

2019-cu il (14 İyul) İsveçin Gavle Şəhərində keçirilən U23 Avropa çempionatında Nazim Babayev 17.03 nəticə ilə gümüş medal qazanmışdır.

2019-cu il (29 sentyabr) Qətərin Doha şəhərində keçirilən Dünya Çempionatında, Aleksis Kopello 3 təkanla tullanma növündə 17,10 nəticə ilə 7-ci, Hanna Skydan isə Çəkic Atma növündə 73.32 nəticə ilə 7-ci olmuşdur.

2019-cu il (26 iyul) Bakıda keçirilən EYOF yarışında, Zralova Sabrina 3 təkanla tullanma növündə 4-cü yeri tutmuşdur.

2019-cu il (10-11 Avqust) Komandalar arası Avropa Çempionatı, Skopje Makedoniya - 110m sədlərlə qaçış, Rahib Məmmədov gümüş medal (14.50), 3 təkanla tullanma (15.97) Rüstəm Məmmədov gümüş medal, 3 təkanla tullanma (12.90)  Zralova SAbrina gümüş medal, Hanna Skydan Çəkic atma (69.19m) gümüş medal, Həsənova Zəkiyyə 100m(11.94), 200m (24.52) bürünc medal.

2019-cu ildə Hanna Skydan Tokio 2020 Olimpiya Oyunlarına lisenziya əldə etdi (21 may İAAF World Challange 21 may, 72.92)

2020-ci il, Qış Balkan Çempionatı (15 fevral, İstanbul Türkiyə) , 3 təkanla tullanma Nazim Babayev (16.92) I yer, Sariyeva Yekaterina (13.50) III Yer.

2020-ci il U20 Qış Balkan Çempionatı (09 fevral, İstanbul Türkiyə) 3 təkanla tullanma, Rüstəm Məmmədov (15.36) II yer.

2020-ci ildə Nazim Babayev Tokio 2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə etdi (19 fevral, World Indoor Tour Lievin, 17,15m)

2021-ci il , Qış Balkan Çempionatı (İstanbul, Türkiyə), 20 fevral - Nazim Babayev, 3 təkanla tullanma (16.57) - I yer

2021-ci ildə Qış Avropa Çempionatı (Torun, Polşa) 07 mart - Aleksis Copello, 3 təkanla tullana (17.04) - II yer

2021-ci il, U20 Balkan Çempionatı (İstanbul, Türkiyə) 13 iyun, - Lamiyə Vəliyeva 200m (24.49) - II Yer

2021-ci il, Komandalar arası Avropa Çempionatı (Limassol, Kipr) 20 iyun - 3 təkanla tullanma Rüstəm Məmmədov 15.43 III Yer

2021-ci il - Balkan Çempionatı (Belqrad, Serbiya) 27 iyun - Hanna Skydan Çəkic atma (71.18) - I yer

2022-ci il – Qış Dünya Turu ( Karlsruhe, Almaniya) 28 yanvar – Nazim Babayev üç təkanla tullanma (16.76) – II yer

2022-ci il – Qış Dünya Turu ( Val Del Ruil, Fransa) 14 Fevral - Nazim Babayev üç təkanla tullanma (16.27) – III yer

2022-ci il – Runtaliya Yarım Marafon (Antalya, Türkiyə) 6 mart – Anna Yusupova 1:20.56 - I yer

2022-ci il – Vancouver High School Track ( Vankuver, Kanada) 11 may – Hüseyin Əzizli 800m (2.03,40) – II yer

2022-ci il – Liga Joma de Clubes, VillaFranca de los Barros, İspaniya 14 may – Aleksis Kopello üç təkanla tullanma (16.47) – I yer

2022-ci il – Bursa Olimpiada Yoxlaması (Bursa, Türkiyə) 21 may – Sarıyeva Yekaterina uzunluğa tullanma (5.76) – II yer

2022-ci il – Bursa Olimpiada Yoxlaması (Bursa, Türkiyə) 22 may - Sarıyeva Yekaterina üç təkanla tullanma (13.45) – I yer

2022-ci il – Dünya Kontinental Turu - Qızıl səviyyə, İrena Szevinskaya Memorialı ( Bıdqoş, Polşa) 3 iyun – Hanna Skidan çəkic atma – (73.19) - II yer

2022-ci il – Dünya Kontinental Turu - Gümüş səviyyə (Samorin, Slovakiya) 8 iyun - Hanna Skidan çəkic atma – (73.23) - III yer

2022-ci il – Paavo Nurmi Oyunları ( Turku, Finlandiya) 14 iyun - Hanna Skidan çəkic atma – (73.11) - II yer

2022-ci il – Beynalxalq Marsel Görüşü ( Marsel, Fransa) 15 iyun – Aleksis Kopello üç təkanla tullanma – (16.60) - II yer

2022-ci il – Tatyana Kolpakova yarışları (Bişkek, Qırğızıstan) 18 iyun – Yelena Pextireva uzunluğa tullanma – (6.10) – I yer

2022-ci il – Tatyana Kolpakova yarışları (Bişkek, Qırğızıstan) 18 iyun – Nazim Babayev uzunluğa tullanma – (7.69) – I yer

2022-ci il – Tatyana Kolpakova yarışları (Bişkek, Qırğızıstan) 18 iyun – Əlhəm Nağıyev 100m – (10.86) – II yer

2022-ci il – Tatyana Kolpakova yarışları (Bişkek, Qırğızıstan) 18 iyun – Yekaterina Sarıyeva uzunluğa tullanma – (5.75) – III yer

2022-ci il – Tatyana Kolpakova yarışları (Bişkek, Qırğızıstan) 19 iyun – Yelena Pextireva 200m – (25.11) – I yer

2022-ci il – Tatyana Kolpakova yarışları (Bişkek, Qırğızıstan) 19 iyun – Nazim Babayev üç təkanla tullanma – (16.24m) – I yer

2022-ci il – Tatyana Kolpakova yarışları (Bişkek, Qırğızıstan) 19 iyun – Əlhəm Nağıyev 200m – (21.59) – I yer

2022-ci il – Tatyana Kolpakova yarışları (Bişkek, Qırğızıstan) 19 iyun – Yekaterina Sarıyeva üç təkanla tullanma (13.95m) – I yer

2022-ci il – Qusman Kosanov Memorialı (Almatı, Qazaxıstan) 25 iyun – Yekaterina Sarıyeva üç təkanla tullanma – (13.81m) – II yer

2022-ci il – Qusman Kosanov Memorialı (Almatı, Qazaxıstan) 25 iyun – Nazim Babayev uzunluğa tullanma – (7.74m) – II yer

2022-ci il – Qusman Kosanov Memorialı (Almatı, Qazaxıstan) 26 iyun – Nazim Babayev üç təkanla tullanma – (16.93m) – I yer

2022-ci il – Sottevill Beynəlxalq Görüşü (Sottevill-le-Ruen) 04 iyul – Aleksis Kopello üç təkanla tullanma – (16.81m) – I yer

2022-ci il – V İslam Həmrəyliyi Oyunları (Konya, Türkiyə) 09 avqust – Aleksis Kopello üç təkanla tullanma – (16.40m) – II yer

2022-ci il – V İslam Həmrəyliyi Oyunları (Konya, Türkiyə) 11 avqust – Yekaterina Sarıyeva üç təkanla tullanma – (14.12m) – II yer

2022-ci il – V İslam Həmrəyliyi Oyunları (Konya, Türkiyə) 08 avqust – Hanna Skidan çəkic atma – (70.23m) – I yer

2022-ci il - Palio Città della Quercia (Rovereto, İtaliya) 30 avqust – Aleksis Kopello üç təkanla tullanma – (16.23m) – III yer

2023-cü il – Qış Dünya Turu – Gümüş Səviyyə (Belqrad, Serbiya) – 15 fevral – Yekaterina Sarıyeva üç təkanla tullanma – (13.33m) – II yer

1993-cü ildən etibarən AAF atletika idmanının idarə olunmasında müstəqil orqan kimi fəaliyyətə başlamışdır. AAF birinci prezidenti Səməd Salehov seçilmişdir. 1994-cü ildən Elxan Ağayev AAF rəhbərlik etmişdir. 1996-cı ildən etibarən bu günə qədər Çingiz Hüseynzadə AAF prezidentidir. 01 Aprel 2023-cü ildə Cavid Qurbanov  AAF-ın yeni Prezidenti seçilmişdir.