Dopinqlə Mübarizə
_____________________________________________________________________________
1928-ci ildə Amsterdam Konqresində Antidopinq Qaydaları təsdiq edilmişdir. Dopinq Nəzarəti indi bütün əsas yarışlarda tətbiq edilir. Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (BAFA), Beynəlxalq Olimpiya Komitəsi vədigər Olimpiya federasiyaları ilə birlikdə 1989-cu ildə dopinqə qarşı birgə bəyannamə imzalayıblar. Elə həmin il yarışdan kənar və məqsədli yoxlamalar başlandı. O vaxtdan etibarən bu yoxlamalar milli və beynəlxalq səviyyədə BAFA proqramının daimi xüsusiyyətinə çevrildi.
1995-ci ildən başlayaraq BAFA dopinq əleyhinə fəaliyyətlərin qlobal səviyyədə uyğunlaşdırılması üzrə kampaniyaya başlamışdır. Bu kampaniya 2003-cü ildə Ümumdünya Antidopinq Məcəlləsinin yaranması ilə nəticələndi. Həmin il Parisdə keçirilən Konqresdə BAFA Ümumdünya Antidopinq Məcəlləsini idmanda dopinqə qarşı mübarizə üçün əsas kimi qəbul etdi. 1 mart 2004-cü ildən qüvvəyə minən yeni BAFA antidopinq qaydaları təqdim edildi. BAFA 2011-ci ilin noyabr ayında başlayan və 2013-cü ilin noyabr ayında başa çatacaq Məcəllənin yenidən baxılması prosesində fəal rol oynayır.
BAFA dünyada sertifikatlaşdırılmış laboratoriyaların siyahısının və yetmişinci illərdə qadağan edilmiş maddələrin siyahısının hazırlanmasında aparıcı rol oynayırdı. Sertifikatlaşdırılmış laboratoriyalar anlayışı sonradan BOK tərəfindən inkişaf etdirildi.Bu siyahı, o cümlədən qadağan edilmiş maddələrin siyahısı indi Ümumdünya Antidopinq Agentliyi (ÜAA) tərəfindən nəşr olunmuşdur. BAFA öz proqramlarını icra etməklə yanaşı, indi idmanda dopinqə qarşı mübarizənin effektivliyinin artırılması məqsədi ilə müntəzəm olaraq ÜAA və digər beynəlxalq antidopinq təşkilatı tərəfdaşları ilə birgə işləyir. BAFA böyük antidopinq proqramları həyata keçirir, o cümlədən təqribənillik 3500 yarış daxili və yarış xarici testlər keçirir, elmi tədqiqatlar aparır, informasiya və təhsil layihələri icra edir və bu sahədə aparıcı beynəlxalq idman federasiyası kimi tanınır.
Son illərdə BAFA Atletika sahəsində İdmançının Bioloji Pasportunun tətbiq edilməsi üçün ciddi səylər göstərmişdir. Bu anlayış qadağan edilən maddələrin istifadəsi, təsiri və zamanla idmançının bioloji əlamətlərində anormal dəyişikliklərin izlənilməsi metodlarını müəyyən etmək məqsədi daşıyır.
BAFA-nınəsas məqsədi, xüsusilə gənc idmançıları nəzərə alaraq, maarifləndirmə yolu ilə dopinqin qarşısının alınmasıdır. 2005-ci ildən təbliğat proqramları gənc və yeniyetmələrin tədbirlərindəxüsusi vurğulanmaqla, sistematik olaraq əsas yarışlarda tətbiq edilir. BAFA ÜAA-nın dəstəyi ilə yeni və müasir maarifləndirməvasitələrinin hazırlanmasında üzərinə öhdəlik götürmüşdür.
AMADA
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2016-cı ildə idmanda dopinqə qarşı mübarizə aparan milli antidopinq agentliyi kimi təsis edilmişdir. Agentliyin missiyasının hüquqi əsasını Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış və onun müvafiq Fərmanı ilə qüvvəyə minmiş “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun təşkil edir.
Əlaqə
Ünvan Izmir küç. 8, Hyatt Tower 3, AZ 1065, Bakı, Azərbaycan
Telefon: +994 12 599 08 28
Email: office@amada.az
website: http://www.amada.az/
Hər hansı bir antidopinq qayda pozuntusu halına rast gəlsəniz, bizim qaynar xəttimizə +99412 465 72 74 nömrəsinə zəng edə bilərsiniz. Sizin bütün məlumatlar məxfi saxlanılacaq.