Dopinqlə bağlı maarifləndirici seminar

Bu gün, 29 noyabr 2018-ci il tarixində,  Azərbaycan Milli Anti-Dopinq Agentliyi,  Azərbaycan Atletika Federasiyası və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə, antidopinq üzrə maarifləndirici seminar keçirilmişdir. Yığma komandanın İdmançı və məşqçilərinin qatıldığı seminarda, Anti-Dopinq barədə geniş məlumat verilmişdir.

Seminara Atletika üzrə Azərbaycan Yığma Komandasının Baş Məşqçisi, Bəhruz Salehlinin açılış sözləri ilə start verildi.

Seminar, Azərbaycan Milli Anti-Dopinq Agentliyinin Təhsil və Təlim üzrə Meneceri Lalə Hacıyeva və Terapevtik İstifadəyə İcazə Komitəsinin Sədr müavini, həkim, Əliyev Fərid tərəfindən keçirildi.