2019-cu ildə Avropa və Amerika idmançıları arasında atletika Matçı Minskdə keçiriləcək

Avropa və Amerika idmançıları arasında Ryder Kuboku formatında keçiriləcək matç, Dha 2019 Dünya Çempionatından əvvəl, 9-10 sentyabr 2019 tarixlərində Minsk şəhərindəki Dinamo stadionunda baş tutacaq.

Növlər

Yarış 2 gün ərzində kişilər və qadınlar arasında aşağıdakı növlərdə keçiriləcək.

 

Qaçış növləri

100m, 200m, 400m, 800m, 1500m, 3000m, 110m sədlər (K), 100m sədlər (Q), 400m sədlər , 3000m maneələrlə qaçış, 4x100m estafet, Medley estafeti (qarışıq 200m-200m-400m-800m, 1 kişi və 1 qadın idmançı 200m məsafədə komandaların sifariş etdiyi ardıcıllıqla , 1 qadın 400m və 1 kişi 800m məsafədə yarışacaq.

Tullanmalar

Hündürlüyə tullanma, Şüvüllə tullanma, Uzunluğa tullanma , Üç təkanla tullanma

Atmalar

Nüvə itələmə, Lövhə atma, Çəkic atma, Nizə atma

MÜKAFAT FONDU

Şəxsi yarışlar

Hər şəxsi növdə yer tutmuş idmançılara, Təşkilatçılar tərəfindən aşağıdakı mükafat fondu ayrılıb:

1. €7,000

2. €5,000

3. €4,000

4. €3,000

5. €2,000

6. €1,000

7. €500

8. €500

Estafet Növləri

Hər estafet növündə tutduğu yerə görə mükafatlar aşağıdakı kimidir. (mükafatın məbləği çıxış edən estafet komandasının iştirakçıları arasında bölüşdürülür)

 

1. €6,000

2. €4,000

3. €2,000

 

Team Europe in action at the IAAF Continental Cup Ostrava 2018