Tofik Karayevin şərəfinə keçirilən 2005-2006-cı illər arasında XXII ənənəvi turnir

15 Dekabr 2018-ci il tarixində, SSRİ Rekordçusu, Ümumittifaq dərəcəli hakim, professor və AAF-ın fəxri Vitse-Prezidenti Tofik Karayevin şərəfinə 2005-2006-cı illər arasında XXII ənənəvi turnir keçirilmişdir. Yarışın açılışı zamanı, AAF-ın Baş Katibi, Məhərrəm Sultanzadə idmançıları salamladı və onlara uğurlar arzuladı. Öz çıxışı zamanı, bu yaş qrupunun 4-il sonra keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına daxil olduğunu bildirən Məhərrəm müəllim, idmançılara bir daha uğurlar arzuladı və 4 il sonra məhz bu idmançılardan bir neçəsini həmin oyunlarda görəcəyinə ümid etdiyini bildirdi.

İdmançılar Uzunluğa tullanma, 60m və 200m məsafəyə qaçışda öz güclərini sınadılar.

Sonda qalib və mükafatçılara diplom və medallar və həmçinin hər növün qalibinə kubok təltif edildi.