2018 İlin Yekunları

27 dekabr 2018-ci il tarixində, Azərbaycan Atletika Federasiyası İlin Yekunlarına dair hesabat verib.

İclas, Azərbaycan Atletika Federasiyasının Prezidenti cənab Çingiz Hüseynzadənin açılış çıxışı ilə başlayıb. Daha sonra isə federasiyanın Baş Katibi, Məhərrəm Sultanzadə il ərzində görülən işlər haqda danışdı. Hesabat dinlənildikdən sonra isə, il ərzində beynəlxalq yarışlarda uğurla çıxış etmiş  və Yeni Azərbaycan Rekorduna imza atmış idmançılara və onların məşqçilərinə pul mükafatı təqdim edildi.

Hesabat zamanı aşağıdakı kateqoriyalar üzrə ilin ən yaxşıları seçildi:

İlin ən yaxşı Gənc Qadın İdmançısı - Fəxriyyə Tağızadə

İlin ən yaxsşı Gənc Kişi İdmançısı - Rüstəm Məmmədov

İlin ən yaxşı Kişi İdmançısı - Aleksis Kopello

İlin ən yaxşı Qadın İdmançısı - Zəkiyyə Həsənova

İlin ən yaxşı Məşqçisi - Marat Şarafutdinov

İlin ən yaxşı Hakimi - Ceyhun Hüseynov

Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Kommisiyiası tərəfindən isə, Emil Şahtahtinski "Ədalətli Oyun Prinsiplərinə Sadiq Hakim" nominasiyası üzrə qalib elan olundu