BAF-ın DÜNYA ESTAFET PROQRAMINA 2 YENİ NÖV ƏLAVƏ EDİLDİ

Dünyanın aparıcı idmançıları, Yokohama 2019- BAF Düynya Estafet Yarışlarına 2 yeni növün əlavə edilməsini böyük məmnunluq ilə qarşıladılar.

Proqrama, 2x2x400m qarışıq estafet və qarışıq sədlərlə estafet növləri əlavə edildi. Kişilər və qadınlar arasında olan 4x100m, 4x200m, 4x400m və qarışıq 4x400m növlərinə əlavə edilən bu 2 növdən sonra, 11-12 may tarixlərində keçiriləcək estafet yarışlarında kişilər arasında 3 növ, qadınlar arasında 3 növ və qarışıq (həm kişi həm də qadınların iştirak etdiyi) 3 növ olacaq.

Qarışıq sədlərlə estafet növü, Dünya Estafet proqramında  tamamilə yeni bir növ olacaq. Adətən 1 cinsin idmançılarının çıxış etdiyi qaçış növü, Yokohamada bir komandada 2 kişi və 2 qadın idmançının çıxışı etməsilə yadda qalacaq.

Kişilər, bir istiqamətdə 110m sədlərlə qaçdıqdan sonra estafet çubuğunu digər tərəfdə duran qadın idmançıya ötürəcək, o da öz növbəsində geriyə düz yolla qaçacaq və digər idmançılar da eyni qaçışı təkrarlayacaq. Əlavə məsafəni nəzərə alaraq, qadınlar hər səfərdə 10m artıq məsafə qət edəcəklər.

Qarışıq 2x2x400m estafet qaçışı, dözümlülük estafetinin bir növüdür. komandanın hər iki iştirakçısı 2 dəfə 400m məsafə qaçır.

2x2x400m qaçışı, 4x800m estafet qaçışını əvəzləyir hansı ki, Dünya Estafet qaçışlarının əvvəlki yarışlarında daha az marağa səbəb olurdu və daha az idmançı iştirak edirdi.

 

main image alt

© Getty Images