Nanjinq şəhəri IAAF World Challenge Yarışlar təqviminə əlavə edildi

2019-cu il IAAF World Challenge təqviminə yeni məkan, Çinin Nanjinq şəhəri əlavə edildi.

2014-cü il Yeniyetmələrin Olimpiya Oyunlarına və 2020 BAF Dünya Qış Çempionatının ev sahibi, 21 may tarixində keçiriləcək IAAF World Challenge yarışının məkanı Nanjinq Olimpiya İdman mərkəzidir.

Bu dəyişikliyə görə, həmçinin də Şanxayda keçiriləcək BAF Brilyant Liqa yarışması və Osakada keçiriləcək  IAAF World Challenge yarışmaları ilə toqquşmanın qarşısının alınması məqsədilə, Braziliyada, 18 may tarixində keçirilməsi nəzərdə tutulan Grande Premio Brasil de Atletismo in Bragança Paulista  yarışı 28 aprel tarixinə keçirilib.

Bu o mənaya gəlir ki, IAAF World Challenge yarışları son 10 ildə ilk dəfə olaraq Brazilyadan start götürəcək.

Bu arada isə, IAAF World Challenge proqramında bu il Madrid yarışı olmayacaq.

 

2019 IAAF WORLD CHALLENGE Təqvimi

28 Aprel – Bragança Paulista, Braziliya
4 May – Kingston, Yamayka
19 May – Osaka, Yaponiya
21 May – Nanjing, Çin
9 İyun– Hengelo, Hollandiya
11 İyun– Turku, Finlandiya
20 İyun– Ostrava, Çexiya
1 Sentyabr– Berlin, Almaniya
3 Sentyabr – Zagreb, Xorvatiya


(c) IAAF

 

 

Nanjinqdə Uzunluğa tullanma yarışı (Getty Images) © Copyright