2019 Dünya Qış Turuna 1 Həftə qaldı!

2019 Dünya Qış Turu, bir birindən maraqlı 6 yarışdan ibarət olan tur, bu həftə, 26 yanvar tarixində Bostondakı yarışla start götürür.

Ümumilikdə 26 gün çəkən Dünya Qış Turu, 20 fevral Düsseldorfda keçiriləcək final mərhələsindən öncə,   Karlsruhe (2 fevral), Torun (6 fevral), Madrid (8 fevral) və Birmingemdə (16 fevral) baş tutacaq. Final mərhələdə turun qalibləri məlum olacaq, 20,000 ABŞ dolları mükafat bonusları və 2020 Nanjinq Dünta Çempionatına ilk Vayld Kart əldə edəcəklər.

Tur, 11 xal hesablanan növdən ibarət olacaqlar. 5 Kişi (400m, 1500m , 60m sədlər , hündürlüyə tullanma , uzunluğa tullanma) və 6 qadın (60m, 800m 3000m/5000m, Şüvüllə tullanma, 3 təkanla tullanma və nüvə itələmə).

 

Tullanma və Atma növlərində yeni yerdəyişmə qaydaları tətbiq olunacaq.

Bu yarışlar seryiası həmçinin tullanma və atma növlərində olan qayda dəyişiklikərini tətbiq edəcək. Belə ki , ilk 3 cəhddən sonra idmançılar nəticələrinə görə yerdəyişmə edirdilər, yeni qaydalara əsasən, 3 cəhddən sonraki yerdəyişmələrdən sonra, daha bir yerdəyişmə 5-ci cəhddən sonra da baş tutacaq (idmançıların nəticələrinə əsasən).

2019 Dünya Qış Turu
26 Yanvar– Boston
2 Fevral– Karlsruhe
6 Fevral– Torun
8 Fevral– Madrid
16 Fevral– Birmingem
20 February – Düsseldorf
Orlando Ortega wins the 60m hurdles at the IAAF World Indoor Tour meeting in Torun (Jean-Pierre Durand)
(c)