2024 Avropa Atletika Çempionatı üçün 3 namizəd şəhər seçildi

İsveçin Höteborq şəhəri, Polşanın Silesiya regionu və Belarusun paytaxtı Mink şəhəri 2024 Avropa Çempionatı üçün namizəd seçildilər.

Avropa Atletika Federasiyasının İcraiyyə Komitəsinin bu qərarından sonra namizəd ölkə nümayəndələri ilə görüşlər keçirilib.

Bu görüşlərin əsas mövzusu, namizədlər tərəfindən təqdimatların qiymətləndirilməsi, onların proyektlərinin əsas konseptlərinin müzakirəsi olub.

Əsas məqsəd isə 3 namizəd arasından strateji, maliyyə və əməliyyatlar baxımından 2 güclü namizədi seçmək və 2020-ci il Aprel ayında qiymətləndirilməsi üçün Avropa Atletika İcraiyyə Komitəsinə təqdim etməkdir.

Nəzərinizə çatdıraq ki, Atletika üzrə növbəti Avropa Çempionatı,  2020-ci ildə Tokiyo Olimpiya Oyunlarından sonra, 26-30 Avqust tarixlərində Paris şəhərində keçiriləcək.

Olimpiya ili olmayan növbəti Avropa Çempionatı isə, 2022-ci ilin yayında,  multi-idman tədbiri olan Avropa Çempionatları yarışının bir hissəsi olacaq.

 

Berlin 2018 European Athletics Championships

(c) Getty Images

Up to 60,000 spectators attended the evening sessions at the Berlin 2018 European Athletics Championships