Avropa Atletika Xəbərləri

Avropa Atletika Assosiyasiyasının Prezidenti Svein Arne Hansen keçən həftə sonu, Avropa Atletika Assosiyasiyasına üzv olan bütün ölkələrə səfərini Luksemburqa etdiyi səfərlə başa vurdu. O, 2015-ci ildə seçkilər vaxtı verdiyi sözə əməl edərək, bütün üzv federasiyaları ziyarət etmiş oldu.

 

Svein Arne Hansen in Luxembourg

Kotbusda keçirilən yarışda Lİsek 5.85m nəticə ilə dünya lideri oldu.

Polşalı Şüvüllə Tullanma idmançısı Piotr Lisek, 30 yanvar tarixində Kotbus şəhərində keçirilən beynəlxalq yarışda, 5,85m nəticə göstərdi. Bu nəticə ilə o hələ ki Şüvüllə tullanma növündə dünya lideridir.

Piotr Lisek

Qış Avropa Çempionatına 1 ay qalmış, Polşalı Yeva Svoboda Şənbə günü Karlsruhedə keçirilən yarışda rəqabətə hazır olduğunu göstərdi. 21 yaşlı gənc idmançı, 60m məsafəyə qaçışın təsnifat mərhələsində 7.08 nəticə göstərərək (dünya lideri) finala vəsiqə qazandı və finalda isə 7,10 nəticə ilə Dünya Qış Turunun Karlsruhe mərhələsinin qalibi oldu.

Ewa Swoboda

(c) European Athletics