Avropa Atletika Xəbərləri

Ingebrigtsen qış mövsümünü Baerumdakı yarışda 1500m məsafəyə rekord vurmaqla açdı.

Cənubi Afrikadakı 4 aylıq məşq prosesindən sonra, İngebrigsten Nordenkampen yarışında Norveç komandası üçün 1500m məsafəyə qaçışda 3:36.21 nəticə ilə qalib gələrək maksimum xal topladı.

Bu nəticə, Qlazqo 2019 yarışlarından öncə Avropada qeydə alınan ən yaxşı nəticə olması ilə bərabər, yeni U20 Avropa rekordudur. O, həmçinin böyük qardaşı, Henrik tərəfindən qoyulmuş 3:39.70 Norveç qış rekordunu da yenilədi.

Jakob Ingebrigtsen

Wanders Avropa Yarım marafon rekordunu 59:13-ə endirdi.

Julien Wanders Cümə günü səhər Ras Al Khaimahda keçirilən yarışda 59:13 nəticə ilə Mo Farahın Avropa rekordunu yenilədi (59:32)

Wanders finişə Kenyalı Stephen Kiprop (58:42) və Efiopiyalı Abadi Abadi Hadis (58:44) və Fikad Haftu (59:08)-dan sonra 4 cü gəldi  "Yeganə çatışmayan şey mənim 4-cü olmağım oldu. Mən mükafatçılar kürsüsündə yerimi itirdim amma ümumiliklə çox şadam"deyə idmançı bildirdi.

Julien Wanders in Ras Al Khaimah