Yeni Dünya rekordları

TEFERA BİRMİNGEMDƏ 1500M MƏSAFƏDƏ DÜNYA QIŞ REKORDUNA İMZA ATDI

Efiopialı idmançı Samuel Tefera, Birmingemdə keçirilən Dünya Qış Turunun - Muller İndoor Qran Pri yarışmasında 1500m məsafəyə Dünya rekordunu yenilədi

Uzun müddət idiki dəyişilməz olan və 1997 - ci ildə Hicham El Guerrouj tərəfindən qoyulmuş rekordu, 0.14 saniyə yaxşılaşdıraraq yenilədi , O,  3:31.04 nəticə göstərərək bu yarışın qalibi oldu və yeni rekorda* imza atdı.

Samuel Tefera wins the 1500m at the IAAF World Indoor Tour meeting in Birmingham (Mark Shearman)

Samuel Tefera wins the 1500m at the IAAF World Indoor Tour meeting in Birmingham (Mark Shearman)

© Copyright

WANDERS VƏ HASSAN MONAKODA 5KM MƏSAFƏDƏ DÜNYA REKORDUNA İMZA ATDILAR

Holland Çempionu Sifan Hassan və İsveçrəli idmançı Julien Vanders Monakoda keçirilən 5km Herkulis qaçışında  bir neçə dəqiqə aralığında 5 km məsafədə Dünya Rekorduna* imza atdılar.

Sifan Hassan Qadınlar arasında finiş xəttini  14:44 nəticə ilə keçdi və yeni 5km dünya rekorduna imza atdı.

Sifan Hassan on the way to her 5km world record in Monaco (Manuel Vitali/organisers)

Sifan Hassan on the way to her 5km world record in Monaco (Manuel Vitali/organisers) © Copyright

Elit kişi yarışmaçılar isə, qadınlardan 5 dəqiqə sonra mübarizəyə qoşuldular, Mo Farahın Avropa Yarım Marafon rekordunu yeniləyən Vanders, möhtəşəm çıxışını davam etdirir və 5km qaçışı 13:29 nəticə ilə başa vuraraq yeni rekorda imza atdı.

Julien Wanders clocks 13:29 in Monaco (NN Running Team)

Julien Wanders clocks 13:29 in Monaco (NN Running Team) © Copyright
*Qeydə alınan bütün rekordlar standart təsdiqlənmə prosesindən keçəcəklər.