İdmançılarımız Minskdə keçirilən Beynəlxalq yarışdan geri döndülər

Bu gün səhər saatlarında idmançılarımız Minskdə keçirilən və 11 ölkənin idmançılarının çıxış etdiyi beynəlxalq yarışdan geri döndülər. 20 yaşa qədər idmançılar arasında keçirilən yarışlarda idmançılarımız 1 bürünc medal və 2 Yeni Qış Azərbaycan rekorduna imza atdılar. İdmançımız Yelena Pextireva Uzunluğa tullanma növündə 5.97 nəticə göstərərək yarışların bürünc medalına sahib oldu və bu nəticə ilə U20 Gənclər Arasında Yeni Azərbaycan qış rekorduna imza atdı. Digər idmançımız Salahzadə Teymur isə, 400m məsafəyə qaçışda 49.91 nəticə göstərərək yeniyetmələr arasında , 1 həftə öncə özü tərəfindən qoyulan 50.52 nəticəni bir qədər də yaxşılaşdıraraq yeni rekorda imza atdı.

Yarışların sonunda hər komandadan ən yaxşı oğlan və qız idmançılar elan edildi. Azərbaycan komandasından Rüstəm Məmmədov və Yelena Pextireva müvafiq olaraq bu mükafata layiq görüldülər.

Aşağıdakı cədvəldən digər idmançılarımızın nəticələrinə və yarışdan olan şəkillərə baxa bilərsiniz.

1 Pextireva Yelena 2001 Uzunluğa tullanma 5.97 5 No İOEUGİM Minsk Junior Match 26-Feb-19 3 NYR
2 Hüseynova Günel 2002 Nüvə itələmə 10.85 Təhsil 1 Minsk Junior Match 26-Feb-19 8
3 Zralova Sabrina 2003 3 təkanla tullanma 11.98 5 No İOEUGİM Minsk Junior Match 25-Feb-19 8
4 Tağızadə Fəxriyyə 2002 60m 7.4 HT Rekord Minsk Junior Match 25-Feb-19 9
5 Vəliyeva Lamiyə 2002 400m 1:00.56 5 No İOEUGİM Minsk Junior Match 25-Feb-19 9
6 Məmmədov Rüstəm 2001 3 təkanla tullanma 15.30 Atletika / Təhsil Minsk Junior Match 25-Feb-19 4
7 Salahzadə Teymur 2003 400m 49.91 5 No İOEUGİM Minsk Junior Match 25-Feb-19 6 NYR
8 Məlikov Ramiz 2000 60m 7.17 5 No İOEUGİM Minsk Junior Match 25-Feb-19 7
9 Bədəlov Aydın 2002 Hündürlüyə tullanma 1.90 5 No İOEUGİM Minsk Junior Match 26-Feb-19 8
10 Talıbov Füzuli 2000 Uzunluğa tullanma 6.17 Sərhədçi Minsk Junior Match 26-Feb-19 8