Avropa Atletika Assosiyasiyası 2 Tərəfdaşı ilə Yeni Müqavilə İmzaladı

Mondo Avropa Atletika Assosiyasiyasının Yeni Yaşıl Tərəfdaşı seçildi

 

Mondo və Avropa Atletika Assosiyasiyası yeni, 4 illik müqavilə imzaladılar. Müqaviləyə əsasən Mondo qarşıdakı 4 ildə Avropa Atletikasının rəsmi, yaşıl tərəfdaşı olacaq və bütün əsas yarışlarda yarış məkanınıın qaçış yolları və döşəmə qurulmasının rəsmi təchizatçısı olacaq. Yaşıl tərəfdaş deyərkən, təbiətə minimum ziyan vurmaqla, ekoloji baxımdan daha əlverişli olan məhsullardan istifadə və onların təchizatı nəzərdə tutulur.

(c) European Athletics

Avropa Atletika Assosiyasiyasının Prezidenti Svein Arne Hansen və MONDO İdman Şöbəsi Meneceri Maurizio Stroppiana

SPAR International və European Athletics tərəfdaşlıqlarını 2027-ci ilə qədər uzatdılar

European Athletics və SPAR İnternational yeni müqavilə imzalayaraq tərəfdaşlıq müddətini daha 8 il, 2027-ci ilə qədər uzatdılar.  

SPAR İnternational 1996-cı ildən bəri Avropa Atletikasının əsas sponsorlarından biridir. Bu ilk dəfədir ki, müqavilə 8 il müddətinə bağlanır. Bu müqavilənin əsas məqsədlərindən biri də , idman vasitəsilə sağlam həyatın təşviqinə yönələcək.

Yeni müqavilə 2020-ci ildən qüvvəyə minir və SPAR-ı aşağıdakı tədbirlərdə sponsor kimi fəaliyyət göstərməsinə şərait yaradır:

  • Qış Avropa Çempionatı (2 ildən bir)

  • Avropa Atletika Çempionatı (2 ildən bir)

  • SPAR Avropa Kross Çempionatı (hər il)

  • Komandalar arasında Avropa Çempionatı (2 ildən bir)

 

Svein Arne Hansen

(c) Getty Images

Qlazqo 2019 Avropa Atletika Çempionatından öncə, SPAR İnternational və Avropa Atletika Assosiyasiyası müqavilə imzalayaraq öz tərəfdaşlıqlarını 2027-ci ilə qədər uzatdılar.