1-ci dərəcəli məşqçilər üçün Texniki Kurslar

Bugün, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi proqramı, Beynəlxalq Atletika Federasiyası, Milli Olimpiya Komitəsi və Azərbaycan Atletika Federasiyasının birgə layihəsi olan, 1-ci dərəcəli məşqçilər üçün Texniki Kurslara start verildi. Kursun əsas məqsədi regionlarda Atletika üzrə məşqçilərin peşəkarlıq səviyyələrinin artırılması və istedadlı gənclərin üzə çıxarılmısdır. 12 gün davam edəcək seminara Bakıdan və 8 regiondan ümumilikdə 16 məşqçi qatılmışdır. Seminarın gedişatında və sonda məşqçilər müxtəlif mərhələlərdə imtahanlar verəcəklər və imtahanı uğurla keçmiş məşqçilər gələcəkdə federasiya ilə birgə  region üzrə məşqçi kimi çalışacaqlar.

Seminarın açılışında, Milli Olimpiya Komitəsinin Marketinq şöbəsinin müdiri Mehman Kərimov, proyekt üzrə koordinator Ceyhun Rəhmanov, Azərbaycan Atletika Federasiyasının Vitse Prezidenti Fırat Hüseynov və Baş Katibi Məhərrəm Sultanzadə çıxış etdilər.

Seminar Beynəlxalq Atletika Federasiyasının sertifikasiyasından keçmiş Lektor Hakim İbrahimov və onun köməkçisi Qılınc Əhmədov Tərəfindən keçirilir.