Atletika üzrə 1-ci dərəcəli məşqçiləri üçün texniki kurslar

Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu və Beynəlxalq Atletika Federasiyaları Assosiyasiyasının dəstəyi, Azərbaycan Atletika Federasiyası və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən atletika məşqçiləri üçün 1-ci dərəcəli texniki kursun təltifetmə mərasimi baş tutdu👏

Kursun bağlanış mərasimində Milli Olimpiya Komitəsinin Vitse-Prezidenti, Azərbaycan Atletika Federasiyasının Prezidenti Çingiz Hüseynzadə, Federasiyanın Vitse Prezidenti Firat Hüseynov, Baş Katibi Məhərrəm Sultanzadə və Milli Olimpiya Komitəsinin Marketinq şöbəsinin Direktoru, Mehman Kərimov çıxış etdilər.

Sonda kursu uğurla başa vuran iştirakçılara Beynəlxalq Atletika Federasiyasının sertifikatı təqdim edildi.

Bir daha qeyd edək ki, Bakı şəhəri də daxil olmaqla, kursda ümumilikdə 9 bölgədən 16 iştirakçı çıxış edirdi.