Dinamik Yeni Atletikanin debütündə 24 ölkə iştirak edəcək

21-30 İyun 2019 tarixlərində Minskdə keçiriləcək 2-ci Avropa Oyunları proqramına daxil olan, Dinamik Yeni Atletika nın rəsmi debütünə 2 ay qalmış Avropanın top 24 komandası, Avropa Atletikası tərəfindən yaradılmış yeni yarış formatında iştiraklarını təsdiq ediblər. 

Minskdə iştirakını təsdiq etmiş Milli Olimpiya Komitələri aşağıdakılardır:

Belarus, Bolqarıstan, Kipr, Çexiya, Danimarka, Estoniya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İtaliya, Latviya, Litva, Polşa, Portuqaliya, Rumıniya, Rusiya*, Slovakiya, Sloveniya, İspaniya, İsveçrə, Türkiyə, və Ukrayna.

24 Komanda Keçmiş Komandalar arası Avropa Çempionatının nəticələrinə əsasən müəyyənləşib və bəzi komandalar isə DNA debütündə iştirak edə bilməyəcəkləri üçün üzgün olduqlarını bildiriblər. Avropa Atletikası əmindir ki, gələcək yarışlarda bütün komandaların DNA yarışlarında iştirak etmək şansları olacaq.

DNA atletikanın 9 növünü özündə birləşdirir və bir növ bitən kimi digər növ start götürür. Ardıcıllıqla növlər bunlardır:  100m (kişi), uzunluğa tullanma (qadın), 100m (qadın), nizə atma (qadın), qarışıq 4x400m, 110m sədlər (kişi), hündürlüyə tullanma (kişilər), 100m sədlər (qadınlar), və Ov (The Hunt) : Burada komandalar əvvəlki növlərdən yığdığı xallara əsasən düzüləcəklər və qalib son Ov qaçışında ən birici müəyyən edilmiş finiş xəttini keçən komanda hesab ediləcək.

Yarışda iştirak edən idmançılar, Tokyo 2020-yə vəsiqə qazanmaq şansı olacaq. Belə görünür ki, 2-ci Avropa Oyunları zamanı DNA ən maraqlı növlərdən biri olacaq. DNA vəsiqə qazanmış komandalar haqqında daha ətraflı məlumat almaq üçün bu sayta keçə bilərsiniz:  www.dna.run

Athlete of the Month

(c) Getty Images