Hakimlər üçün seminar 14-17 May 2019

14 May 2019-cu il tarixində BAF ın AOD proqramı, Milli Olimpiya Komitəsi, EYOF 2019 əməliyyat komitəsi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə, EYOF 2019 yarışlarına hazırlıqla əlaqədar olan atletika üzrə hakimlər üçün seminar keçirilir. Seminarın açılışında Federasiyanın Baş Katibi Məhərrəm Sultanzadə və Hakimlər Kollegiyasının sədri Şirin Vəliyev iştirakçıları salamladı. Seminarın sonunda iştirakçılar imtahan verəcəklər. Seminarın lektorları: Nemət Heydərov və Kənan Məhərrəmovdur.

 

Image may contain: one or more people, people sitting and indoor