BAF 24 ÖLKƏDƏ 24 SAAT ƏRZİNDƏ KEÇİRİLƏCƏK QLOBAL 1 MİL YARIŞI HAQQINDA ELAN VERDİ

Keçən ilki qlobal yarışın uğurunun ardınca,  IAAF Run 24-1 öz ikinci tədbirinə şənbə günü 2 iyun tarixində start verəcək. Bu tədbir Dünya Qaçış Gününə həsr edilir və bütün dünyada qeyd edilir. Buna görə də, 24 seriyalıq, 24 ölkədə , yəni 24 saat qurşağında 1 mil qaçışları baş tutacaq. Əsas məqsəd isə hər kəsi hərəkət etməyə təşviq etməkdir.

Sakiti Okeanın Fici adasında başlanacaq yarış, 24 saat sonra ABŞda başa çatacaq. Bu qaçış, 24 ölkənin 24 şəhərində, 6 qitədə baş verən ən böyük qaçışdır.

İAAF-ın 24-1 yarışının ilk tədbirində, 2018-ci ildə 12 min iştirakçı çıxış etmişdir və bu il iştirakçıların sayının artacağı gözlənilir.