Uşaq Atletikası Yarışı - 26 May 2019

Bugün, 26 may 2019 tarixində, Zirvə Beynəlxalq İdman Klubu və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Uşaqlar üçün "Uşaq Atletikası" yarışları keçirildi. Ölkənin müxtəlif region və şəhərlərindən gələn uşaqların iştirakı ilə keçən yarış çox maraqlı və şən əhval ruhiyədə keçdi. Bu növ yarışların əsas məqsədi, uşaqları idmana cəlb etmək, onlarda maraq yaratmaq və idmanı onlara əyləncə olaraq təqdim edərək onları idmana cəlb etməkdir.60 dan çox uşaq bu yarışmada iştirak etmişdir. Sonda bütün iştirakçılara sertifikatlar təqdim edildi.

Zirvə Beynəlxalq İdman klubuna və Avropa Atletika Assosiyasiyasına bu tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə xüsusi təşəkkür edirik.