Uşaqların Beynəlxalq Müdafiəsi Günü, Qlobal Qaçış günü, Olimpiya Günü və EYOF 2019 Yarışlarına 50 gün qalması

Bu gün, 1 İyun 2019 - cu il tarixində, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, EYOF 2019 Əməliyyat Komitəsi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə, həm Beynəlxalq Uşaqların Beynəlxalq Müdafiəsi Günü, Qlobal Qaçış günü, Olimpiya Günü və həm də EYOF 2019 Yarışlarına 50 gün qalması münasibətilə uşaqlar üçün kütləvi tədbir keçirildi. Tədbirdə Gənclər və İdman Naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin Vitse-Prezidenti Çingiz Hüysenzadə, Təhsil Nazirinin müavini Firudin Qurbanov iştirak edirdilər.

Ümumilikdə 50 məktəbdən 500 şagirdin qatıldığı tədbirin sonunda, uşaqlar qaçış yarışında öz güclərini sınadılar. Beynəlxalq Atletika Assosiyasiyasının xüsusi diqqət ayırdığı uşaqlar arasında qaçış da bu tədbir vaxtı keçirildi.

Qaçışdan öncə uşaqlara bəzi atletika avadanlıqları və onlardan necə istifadə edilməsi haqqında qısa məlumatlar verildi.

Yarışda qalib və mükafatçı olmuş 3 qız və 3 oğlan şagirdə medal və diplomlar verildi.

Azərbaycan Atletika Federasiyası, BAF-ın bu ideyasını, yəni uşaqları hərəkətə cəlb etmək ideyasını tamamilə dəstəkləyir və bu şəraitin yaradılmasına görə bütün dəstək olmuş qurumlara, Gənclər və İdman Nazirliyinə, Təhsil Nazirliyinə, Milli Olimpiya Komitəsinə, EYOF 2019 Əməliyyat komitəsinə öz dərin təşəkkürünü çatdırır.