Kamvoror Kopenhagendə keçirilən Yarım Marafonda 58:01 nəticə ilə Dünya rekordunu qırıb

Geofrey Kamvoror­ Kopenhagen Yarım Marafonunda Dünya rekordunu 17 saniyə üstələyərək 15:01 nəticə ilə yeni rekorda imza atıb.

Hələ rəsmi açılış olmadan, G.Kamvoror artıq dünyanın ən yaxşı yarım marafonçularından biri hesab edilirdi.

O, iştirak etdiyi 13 yarım marafondan 9-unda qalib olmuş və ən yaxşı 58:54 nəticə ilə özünü tanıtmışdır.

Dünya rekordunu qırmaq o qədər önəmli bir məqsəd idi ki, o, hətta qarşıdan gələn Doha 2019 İAAF Dünya Çempionatında iştirak imkanını qaçırmalı oldu.

Öz müsahibəsində G.Kamvor qeyd edib: “Bu rekordu yeniləmək mənim üçün çox həyəcanvericidir, xüsusən də ilk rekordumu da Kopenhagendə qırmağım, mənim üçün bu qələbəni daha önəmli edir”

G.Kamvororun ən yaxşı göstəriciləri aşağıdakı kimidir:

5000m, 10.000m, yarım marafon, marafon

2010: 13:42.01
2011: 13:12.23, 27:06.35, 59:31
2012: 13:28.8, -, 59:26, 2:06:12
2013: -, 28:17.0A, 58:54, 2:06:26
2014: -, -, 59:07, 2:06:39
2015: 13:13.28, 26:52.65, 2:10:48
2016: 12:59.98, 27:31.94, 59:10
2017: 13:01.35, 26:57.77, -, 2:10:53
2018: -, -, 1:00:02, 2:06:26, 2:06:26
2019: -, 27:24.76A, 58:01

 

Dünya Yarım Marafonçularının ən yaxşı göstəriciləri aşağıdakı kimidir:

59:47 Moses Tanui (KEN) Milan 3 Aprel 1993
59:17 Paul Tergat (KEN) Milan 4 Aprel 1998
59:16 Samuel Wanjiru (KEN) Rotterdam 11 Sentyabr 2005
58:55 Haile Gebrselassie (ETH) Tempe 15 Yanvar 2006
58:33 Samuel Wanjiru (KEN) The Hague 17 Mart 2007
58:23 Zersenay Tadese (ERI) Lisbon 21 Mart 2010
58:18 Abraham Kiptum (KEN) Valencia 28 Oktyabr 2018
58:01 Geoffrey Kamworor (KEN) Copenhagen 15 Sentyabr 2019