Qətər Milli Bankı və TDK Doha Dünya Çempionatında rekordçuları dəstəkləyəcək!

Dünya idman ustaları Sentyabrın 27-sindən İAAF Doha Dünya Çempionatında 10 gün çərçivəsində İAAF Dünya rekordu programını yeniləmək məqsədi ilə Beynəlxalq Xəlifə Stadionunda toplanacaqlar.

Dünya rekordunu qıracaq idmançılar QMB və TDK tərəfindən 100.000 dollar ilə mükafatlandırılacaqlar.

TDK-nın IAAF Dünya Çempionatına dəstəyi dünya rekord proqramında çoxdan mövcuddur, çünki Yaponiya elektronika şirkəti bütün 16 əvvəlki kişi növ yarışlarının əsas sponsoru olmuşdur və bu il Dohada iştirakını da əsirgəməyəcək.

Qətər Milli Bankı İAAF-a keçən il qoşulmuş və öz növbəsində Dünya Çempionatında qadın növ yarışlarında sponsor dəstəyini göstərəcəkdir.

Pul Mükafatları:

Dünya rekordçularından əlavə olaraq İAAF tərəfindən ümumi məbləği 7.530, 000 ABŞ dolları aşağıdakı bölgü üzrə təltif olunacaq:

Fərdi Növlər üzrə:

Qızıl medal 60,000 ABŞ dolları

Gümüş medal 30,000 ABŞ dolları

Bürünc medal 20,000 ABŞ dolları

4-cü yer 15,000 ABŞ dolları

5-ci yer 10,000 ABŞ dolları

6-cı yer 6,000 ABŞ dolları

7-ci yer 5,000 ABŞ dolları

8-ci yer 4,000 ABŞ dolları

Estafet üzrə (hər komandaya)

Qızıl medal 80,000 ABŞ dolları

Gümüş medal 40,000 ABŞ dolları

Bürünc medal 20,000 ABŞ dolları

4-cü yer 16,000 ABŞ dolları

5-ci yer 12,000 ABŞ dolları

6-cı yer 8,000 ABŞ dolları

7-ci yer 6,000 ABŞ dolları

8-ci yer 4,000 ABŞ dolları

Mükafatlandıma və bonuslar yarış ratifikasiyasından aslı olacaq