COE YENİDƏN İAAF PREZİDENTİ, RESTREPO İSƏ İLK QADIN VİTSE PREZİDENTİ SEÇİLDİ!

Sebastian Coe 52-ci Seçki Hesabat Konqresində yenidən İAAF-ın prezidenti seçildi.

Ümumilikdə səsvermədə iştirak edən 203 üzvdən hər kəs lehinə səs vermişdir.

Həmçinin S.Coe öz növbəsində Çilidə yaşayan, İAAF-ın ilk qadın vitse prezidenti seçilmiş Restreponu dəvət edərək. təbrik etdi.

Restrepo öz çıxışında qeyd etmişdi : “Mən, bu vəzifəyə seçildiyimə görə fərəh hissi yaşayıram, bu mənim üçün və ölkəm üçün əvəzolunmaz andır, məhz buna görə Sebastiana öz dərin minnətdarlığımı bildirirəm, konstitusiyada dəyişiklik etməsə idi, bu real olmazdı. Mən əminəm ki, artıq qadınların daha çox imkanları var və hədsiz ümid edirəm ki, mənə güvənilmiş bu vəzifədə əlimdən gələni edəcəm”

Sözü gedən konqresdə həmçinin icrayə komitəsinə yeni üzvlər seçilib:

Hiroshi Yokokawa (YAPONİYA)
Antti Pihlakoski (FINLANDİYA)
Anna Riccardi (ITALİYA)
Nan Wang (ÇİN)
Adille Sumariwalla (HİNDİSTAN)
Nawal El Moutawakel (MƏRAKEŞ)
Abby Hoffman (KANADA)
Sylvia Barlag (HOLLANDİYA)
Alberto Juantorena (KUBA)
Willie Banks (ABŞ)
Raul Chapado (İSPANİYA)
Dobromir Karamarinov (BOLQARISTAN)
Beatrice Ayikoru (UGANDA)