BALKAN ATLETİKA ASSOSİYASININ PREZİDENTİ SEÇİLDİ!

Sentyabrın 27-sində Balkan Atletika Assosiyasiyasının Konqresi keçirilmişdir. Konqresdə Balkan Assosiyasiyasının prezidenti tərəfindən  2019-cu ilin yekunlarına dair hesabat təqdim olunmuşdur. 

Sözü gedən konqresdə Balkan Assosiasiyalarının seçkiləri keçirilmiş, və assosiyasiya prezidenti Dobromir Karamarinov yenidən Prezident seçilmişdir. 

Azərbaycanı bu konqresde AAF Prezidenti Çingiz Hüseynzadə və AAF Baş Katibi Məhərrəm Sultanzadə təmsil etmişlər.

Həmçinin, həmin seçkilərdə Fateh Çintimar və Slobodan Brankoviç Balkan Assosiyasiyasının vitse prezidenti, Florin Florea isə icraiyyə komitəsinin üzvü seçilmişdir. 

Daha sonra Balkan Assosiyasiyasının 2020 -ci il üçün təqvimi təsdiqlənmişdir.

Onu da qeyd edək ki, Avstriya Balkan Atletika Assosiyasının yeni, 21-ci üzvü kimi təsdiq edildi və 2020-ci ildən Avstriya idmançıları da Balkan Çempionatlarında öz güclərini sınayacaqlar.