2019-cu ilin YEKUNLARINA ƏSASƏN DÜNYA ATLETİKASININ MÜKAFATLARI SİYAHISINA İLİN ƏN YAXŞI FOTOQRAFI NOMİNASİYASI ƏLAVƏ EDİLDİ

İAAF, 23 Noyabr, şəmbə günü 2019-cu ilin ən yaxşı atletika foto şəkili nominasiyası üçün Dünya Atletikası mükafatını təqdim edəcək.

2019-cu il Atletika yarışları ərzində rəsmi qeydiyyata alınmış bütün professional fotoqraflar qatıla bilərlər.

İştirak etmək üçün iaafphotoaward@iaaf.org elektron ünvanına seçdiyiniz bir foto şəkili, onun çəkiliş tarixi və texniki məlumatlarını əlavə edərək göndərə bilərsiniz.

Ölçüsü 5MB-dan çox olmamaq şərti ilə şəkillər Monako vaxtı ilə gecə yarısı 5 Noyabr tarixinə qədər təstiq olunmalıdır.

Finalistlər Noyabrın 15-nə qədər məlumatlandırılıb, 23 Noyabr Monakoda keçiriləcək Dünya Atletikası mükafatlandırma mərasiminə dəvət alacaqlar.

Qaliblər, mükafatlandırma səhnəsində canlı yayımda elan ediləcəklər. 

Qeydiyyat