DOHA 2019 IAAF Şura iclaslarında verilən qərarlar

Dohada keçirilmiş İAAF Konsul İclasında, 214 üzv Federasiyaları ilə də müzakirə olunmuş bir çox qərarlar qəbul edildi.

Sözü gedən qərarlar aşağıdakılardır:

Marketing və reklam nizamnamələri

Atletika Şurası Dentsu ilə bağlanılmış yeni bir marketinq və reklam müqaviləsinin prinsiplərini təsdiqlədi.

Yeni qaydalar noyabr ayında təsdiq üçün Şuraya təqdim ediləcəkdir. Marketinq və geyim üzərində reklam üçün təklif olunur:

  • Loqotiplərin sayını, ölçüsünü və yerləşdirilməsinin artırılmasını
  • Üzv Federasiyaların və onların yerli sponsorlarının loqotiplərinin yerləşdirilməsi ilə bağlı daha əlverişli şəraitin yaradılması
  • Dünya Atletika Seriyası (WAS) tədbirlərində istifadə etməzdən əvvəl bütün dəstlər təsdiqləmə prosedurundan keçməyi
  • İdmançıların və onların fərdi sponsorlarının WAS-dan kənar yarış və tədbirlərdə logotiplərinin istifadə olunmasına daha əlverişli şəraitin yaradılması
  • Ayaqqabı, geyim və aksesuarların istifadəsinə daha sərbəst şəraitin yaradılması

 Transgender idmançıların qeydiyyat və iştirak qaydaları

Atletika Şurası, 2012-ci ildən tətbiq olunan keçmiş Cinsi Təyinat Qaydalarını əvəz edən Transgender İdmançıları üçün Qaydaları təsdiqlədi. Yenilənmiş qaydalar 1 oktyabr 2019-cu ildə qüvvəyə minir.

Yeni qaydalara əsasən Transgender qadın idmançının yeni cinsində qanunla tanınması tələb olunmur, lakin idmançı, cinsiyyətinin qadın olduğu barədə imzalı bir bəyannamə təqdim etməlidir.

Bu Qaydalar Qadın Təsnifatı (Cins İnkişafının Fərqləri olan İdmançılar) üçün Uyğunluq Qaydaları ilə uyğunlaşdırmaq üçün hazırlandı və mövcud tibbi standartları və qanuni bazanı əks etdirən yenilikləri özündə cəmləşdirdi. Həmin qaydalara əsasən idmançı, ən az 12 ay müddətində tibbi müayinə göstəricilərini Expert Panelinə təqdim etməlidir.

Gabon

Atletika Şurası Gabonaise d’Athletisme Federasiyasına qarşı aşağıdakı sanksiyaları təsdiqlədi:

  • 2019 Konqresində iştirak, danışmaq və səs vermək hüququnun dayandırılması
  • Xəbərdarlıq edir ki: “əgər Federasiya bütün üzv öhdəliklərinin tələblərini 31 mart 2020-ci ilədək yerinə yetirməsə, Şura əlavə sanksiyalar və ya müvəqqəti təxirə salınma məsələlərini nəzərdən keçirə bilər "

Atletika Şurası, IAAF qərargahının Afrika Atletika Konfederasiyasına, həmçinin  Gobonda Federasiya təqbirlərinin bərpasına dəstək olmasını və Şuranı gələcək irəlləyişlər barədə məlumatlandırmasını istədi.   

Təyinatlar

Şuranın dörd illik müddətə təstiqlədiyi maddələr aşağıdakılardır:

Athletes: Transgender İdmançılarının Uyğunluq Qaydaları üçün Ekspert Heyətinə beynəlxalq tibb mütəxəssisləri:

  • Guy G. T’Sjoen (Belgiya) – Endokrinoloji
  • Angelica Linden Hirschberg (İsveçrə) – Ginekologiya / Endokrinoloji
  • Joshua Safter (ABŞ) – Endokrinoloji
  • David Handelsman (Avstraliya) – Endokrinoloji
  • John Arcelus (Böyük Britaniya) – Psixiatriya

Athletics Integrity Unit Heyyətin Təyinat Paneli

  • Andrew Simpson, müstəqil üzv
  • Antti Pihlakoski, Şura üzvü

Athletics Integrity Unit Heyyəti

  • Abby Hoffman, Şura üzvü (səs vermə hüququ olmadan)