'I Run Clean' tədris proqramı Avropa İttifaqı qrantını qazandı

Avropa Atletikası , doqquz həmkar cəmiyyəti ilə bərabər Avropada Atletikanın İnkişafı Agentliyinin (ADAE) rəhbərliyi altında, Avropa Atletikasının 'I Run Clean' antidopinq təhsil proqramını bütün Avropa boyunca atletikanın alt qruplarına inkişaf etdirmək üçün Avropa İttifaqından 324.000 Avro qrant aldı. 

Avtopa İttifaqının Erasmus + proqramından maliyyələşdirmə, məktəblərdə və idman klublarında, eləcə də I Run Clean e-learning platforması üçün yeni interaktiv bölmələrdə təqdim etmək üçün, gənc səfirlərin (nümayəndələrin) rəhbərlik etdiyi seminarların yaradılmasına və sınaqdan keçirilməsinə dəstək olacaqdır. Layihə 2020-ci ilin yanvar ayında başlayıb, 2022-ci ilin iyununa qədər davam edəcəkdir.

Avropa Atletikasının prezidenti Svein Arne Hansen qeyd edir: 'Bu xəbərə hədsiz məmnunuq və seçildiyimizdən qürur duyuruq, Erasmus + qrantları uğurunda rəqabət intensivdir, buna görə də layihə təklifinin yüksək keyfiyyətli olacağına inanırıq'

Ümumilikdə Parisdə fəaliyyət göstərən ADAE, Avropa Atletika tərəfindən, Erasmus + layihə təkliflərini asanlaşdırmaq və İsveçrədə Avropa Birliyi xaricində yerləşən Avropa Atletika adından layihələrə rəhbərlik etmək üçün 2019-cu ildə quruldu.

Həmçinin daha kiçik əməkdaşlıq ortaqlığı və qeyri-kommersiya idman tədbirləri üçün qrantlar verildi.