Belqrad və Yangzhou 2022 Dünya Atletika Seriya yarışlarına ev sahibliyi edəcəklər, həmçinin RusAF'ın bərpa edilməsi prosesi müvəqqəti dayandırıldı

Dünya Atletika Şurasının Cümə günü Monakoda keçirilən tədbirdə  Serbiyanın paytaxtı Belqrad şəhərində ilk dəfə 2022-ci il Dünya Atletikasının Qış Çempionatı keçiriləcəyi təstiqlədi.

Belqrad son illər ərzində bir sıra böyük yüngül atletika tədbirləri keçirmişdir. Bunlardan 1962 Avropa Çempionatı, 2013 Kross üzrə Ölkələr arası Avropa çempionatı, 2017 Avropa Qış Çempionatı və 2017 Balkan Çempionatı daxildir.

 İdman yarışları üçün 18.386 yerlik Belqrad Stark Arena, 2009 Universiada, Devis və Fed Kuboku, karate üzrə dünya çempionatı və voleybolda Dünya Kuboku finallarında istifadə edilmişdir.

Çinin Yangzhou şəhəri 2022 Dünya Atletika Yarım Marafon Çempionatına ev sahibliyi edəcək şəhər olaraq təsdiqləndi.

Hazırda ən sürətlə böyüyən bazarlardan biri olan Çin, 2019-cu ildə digər ölkələrdən də çox 24 Dünya Atletikası tərəfindən tanınmış nüfuzlu şöse qaçışları yarışlarını keçirmişdir. 2010-cu ildə Nanning şəhərində Dünya Yarım Marafon Çempionatına ev sahibliyi etmişdir və gələn il Nanjində Dünya Atletika Qış Çempionatı keçiriləcək. 

4.5 milyon əhalisi olan Yangzhou, illik Dünya Atletikası tərəfindən tanınmış nüfuzlu şöse qaçışları yarışlarını keçirmişdir. 2015-ci ildə Mosinet Geremew və 2016-cı ildə Peres Jepchirchir tərəfindən qurulan 59:52 və 1:07:21 kurs rekordları Çində qeydə alınan ən sürətli nəticələrdir.

RusAF'ın bərpa edilməsi prosesi dayandırıldı

Dünya Atletika Şurası, bu gün Rusiya Atletika Federasiyasının (RusAF) AİU-in qaldırdığı son ittihamların həllini gözlədiyi üçün bərpa prosesinin dayandırıldığını açıqladı.

Cümə axşamı (21), AIU RusAF'ı istintaqa mane olmaqda ittiham etdi və federasiyanın bir neçə yüksək vəzifəli məmurunu dəyişdirmə və çətinliyə görə müvəqqəti olaraq dayandırdı.

Rune Andersenin başçılığı ilə İş Qrupu Şurasının təsdiqlədiyi tövsiyyələr aşağıdakı kmidir:

  • Şura, AİU-nin ittihamlarının həllini gözləyən RusAF-ın bərpa prosesini dərhal təxirə saldı.
  • Şura, İşçi Qrupu və Dopinq Nəzarəti Şurasının üzvlərinə, Şuranın 2016-cı ilin İyun ayında tətbiq etdiyi 'Səlahiyyətli Neytral İdmançı' (ANA) mexanizmini nəzərdən keçirməyi və bu mexanizmin ola biləcəyinə və davam etməsinə dair Şuraya tövsiyələr verməyi tapşırır. 
  • Şura, RusAF-ın antidopinq qaydalarına görə öz öhdəliklərini pozduğunu müəyyən etdikdə və Şuranın RusAF-a tətbiq edəcəyi sanksiyalarla əlaqədar Şuraya tövsiyələr verməyi və Konqresdən RusAF-ın üzvlüyündən çıxarılmasını nəzərdən keçirməsini istəməyi Dünya Atletikası tərəfindən tapşırılır.

Coe, eyni zamanda, Atletlər Komissiyasının sədri Renaud Lavillenie və sədr müavini Valerie Adamsları Şurada salamladı, çünki onlar tam səsvermə üzvləri olaraq idman qərar qəbul etmə orqanına qoşulan ilk aktiv idmançılar oldu.