Dünya Atletikasının 2020-ci il üçün Kontinental Turu təstiqləndi

Bu gün Brilliant Liqası xaricində dünyanın ən yaxşı bir günlük yarışları sırasında olan 2020 Dünya Atletikası Kontinental Turunun detallarını açıqladı. 

Dünyanın hər yerində təşkil ediləcək yarışlarda, Kontinental Turların statusu mükafat fondu və yarışın keyfiyyətinə görə üç səviyyəyə bölünəcək - Qızıl, Gümüş və Bürünc 

Dünya Atletikasının yüksək keyfiyyətli rəqabət imkanlarının sayını artırmaq üçün Qızıl səviyyəli yarışlara yüksək sərmayə qoyur. 

Qitə assosiyasiyaları, öz ərazilərinə uyğun, ümumi sayı 100 olan, bütün dünya üzrə Gümüş və Bürünc səviyyəli yarışların idarə edilməsinə cavabdeh olacaqlar.

2020-ci ildə, turun pilot ilində, on şəhər ümumilikdə 2 milyon ABŞ dolları mükafat pulu təklif edərək Qızıl səviyyəli seriya görüşlərinə ev sahibliyi edəcək.

Seria yarışları mayın 10-da Tokioda, 12 həftə sonra 2020 Yay Olimpiya Oyunlarında atletika yarışlarını keçirəcək eyniadlı stadionda başlayacaq. 2020-ci il üçün onuncu yarışı hələ təsdiqlənməyib.

Qızıl səviyyəli yarışlar

2020 Kontinental Tur Qızıl Yarışda Asiya, Avropa və Şimali Amerikada keçiriləcək 

Buraya Hollandiyanın Hengelo şəhərindəki Fanny Blankers Koen oyunları, Finlandiyanın Turku şəhərində Nurmi oyunları və Polşanın Sileziyadakı Skolimowska Memorialı daxildir. 

2020 Dünya Atletikasının Qızıl səviyyəli Kontinental Tur Yarışlarının Təqvimi
10 May - Tokyo, Yaponiya

13 May - Nanjing, Çin
22 May - Ostrava, Çexiya
01 Jun - Hengelo, Hollandiya
09 Jun - Turku, Finlandiya
13 Jun - Kingston, Yamayka
07 Jul - Szekesfehervar, Macarıstan
06 Sep - Silesia, Polşa
15 Sep - Zagreb, Xosvatiya