Azərbaycan Atletika Federasiyası 2019-cu ilin Yekunlarını keçirtdi

27 Dekabr tarixində Milli Olimpiya Komitəsində Azərbaycan Atletika Federasiyasının 2019-ci ilin Yekunları keçirildi.

 Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə açılış nitqi söylədikdən sonra, Azərbaycan Atletika Federasiyasının Baş katibi Məhərrəm Sultanzadə  2019-cu ildə Federasiya uğurları haqqında çıxış etdi.

Bildirdi ki, 2019-cu ildə idmançılarımız ümumilikdə 28 beynəlxalq yarışda çıxış etmişlər. Bunlardan 7-si qış mövsümündə, 21-i isə yay mövsümündə keçirilmişdir. Bu yarışlarda idmançılarımız, 4 qızıl, 9 gümüş və 9 bürünc medal ( Cəmi 22 medal) qazanmışlar.  İdmançılarımızdan Nazim Babayev Qış Avropa Çempionatının  və Yay Universiadasının qalibi olmuş, U23 Avropa Çempionatında Gümüş medal qazanmışdır. Hanna Skidan və Aleksis Kopello isə Dohada keçirilən Dünya Çempionatında final mərhələsinə vəsiqə qazanaraq, yarışı 7-ci pillədə başa vurdular.

Respublikamızda keçirilən Respublika və Bakı yarışlarının sayı isə 2-si beynəlxalq yarış olmaqla (A.Səfərov və  A.Antipov xatirəsinə həsr olunmuş yarışlar)  20-dir.

Yarışlardan əlavə, Federasiya tərəfindən bir sıra seminar və tədbirlər keçirilmiş və nümayəndələrimiz bir sıra beynəlxalq tədbirlərdə iştirak etmişlər

2019-cu  ildə Atletika üzrə Qışda 5, Yayda isə 4 Azərbaycan Rekordu yenilən

Azərbaycan Atletika Federasiyasının İcraçı Direktoru Kamal Əhmədov, Azərbaycan Atletika Federasiyanın inkişafındakı roluna və Avropa Atelika Assosiyasiyasının tədbirlərindəki fəal iştirakına görə, Avropa Atletika Federasiyasının “Üzv Federasiya Mükafatı” (“Member Federation Award) ilə təltif olunub.

Atletika Üzrə Azərbaycan yığma komandasının sprint üzrə məşqçisi Tofiq Əliyev, Məşqçilikdə göstərdiyi nailiyyətlərə görə Avropa Atletika Federasiyasının  “Məşqçi Mükafatı” “Coaching Award” mükafatı ilə təltif olunub

Namiq Əsədov Respublika dərəcəli Hakim adına layiq görülmüşdür.

Tədbirdə, çıxışlardan sonra mükafatlandırma mərasimi keçirildi.

Azərbaycan Atletika Federasiyasının təqdim etdiyi mükafat aşağıdakı kimidir:

İlin İdmançısı :

Anna Skidan

Nazim Babayev

İlin Gənc İdmançısı:

Rüstəm Məmmədov

İlin Məşqçisi:

Ziyad Xalfayev

İlin Hakimi:

Kənan Məhərrəmov

Çıxışın sonunda Azərbaycan Gənclər və İdman Nazirliyinə və Milli Olimpiya Komitəsinə bu il ərzində bizimlə sıx əməkdaşlıq etdiklərinə və bütün tədbirlərdə bizi dəstəklədiklərinə görə öz dərin minnətdarlığınızı bildirdi.

Tədbirdə həmçinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi nümayəndəsi Sevda Mirzəyeva, Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Firat Hüseynov, Baş məşqçi Bəhruz Salehli və Respublika Hakimlər Kollegiyasının sədri Şirin Vəliyev, hakim və məşqçi kollektivi və idmançılar iştirak etdilər.

\\