Avropa Atletikasının 50 illiyini əks etdirən yeni loqotip açıqlandı

Avropa Atletikasının 50 illiyini əks etdirən yeni bir loqotip açıqlandı 

Bu logo son beş onilliklərdə olduğu üslubda 15-17 oktyabr Estoniyanın Tallinn şəhərində keçirilmiş Avropa Atletika Konvensiyasında elan edilərək il ərzində istifadə ediləcəkdir.

Avropa Atletikasının tarixi 1933-cü ilə təsadüf edir. Bu illərdə IAAF Şurası ilk dəfə 7 yanvar 1934-cü ildə bir araya gələn daimi Avropa Komitəsini təyin etdi, lakin Avropa Atletika Assosiasiyasının (EAA) Avropa Atletikası kimi tanınması 1970-ci il 7 noyabr tarixində reallaşdı. 1970-ci ildən 2004-cü ilə qədər rəsmi olaraq Avropa Atletikası Assosiyasiyası adı altında fəaliyyət göstərdi.

Avropa Atletikasının hazırki prezidenti Svein Arne Hansen təşkilatın beşinci prezidenti olmaqla 2020-ci il ərzində qeyd ediləcək Avropa Atletikasının Qızıl Yübileyini üçün səbirsiliyini qeyd etdi.

Öz müsahibəsində "2019-cu il innovasiyalar ili, 2020-ci il isə bayram ili kimi yadda qalacaq. Bu, il Avropa Atletikasinin 50 illik yübileyidir və Mən bu mərhələnin 1970-ci ildə ilk Konqresin keçirildiyi Paris Avropa Çempionatı ilə eyni ildə düşməsindən məmnunam. 

Qarşıda hələ çətinliklər, həm də qürur duyacağımız çox şey var. Bu yay yalnız Parisdə keçiriləcək Avropa çempionatını deyil, həm də oktyabr ayında Tallində keçiriləcək Avropa Atletizm Konvensiyasında Avropa Atletika ailəsini qarşılamağı səbirsizliklə gözləyirəm." deyə qeyd edib.

Avropa Atletika təqvimi son beş onillikdə və xüsusən də son on ildə xeyli genişləndi.

Avropa Atletikası 51 üzv Federasiyaları sıralarına 2015-ci ildən Kosova da əlavə edildi