Dünya Atletikası 2020-ci il Qış Dünya Atletikası Çempionatını təxirə saldı!

 Dünya Atletikası təəssüf hissi ilə qeyd edib ki, Təşkilat Komitəsi ilə birgə 13-15 Mart 2020-ci ildə planlaşdırılan 2020-ci il Qış Dünya Atletikası Çempionatını 2021-ci ilin Mart ayına  təxirə salmaq qərarına gəldilər.

Hazırda hamımıza məlum olan "Korona" virus nəinki yalnız Çinin həmçinin bütün dünya üçün əsas mövzuya çevrilib. Dünya Atletikası Çinin bu mövzuda əlindən gələni etdiklərindən agah olduqlarını və öz növbələrində üzv federasiyaların və idmançıların sağlam mühitini təmin etmək məqsədi ilə hər növ dəstəyə hazır olduqlarını bildirib.

Dünya Atletikasının sanitar komandası Dünya Sağlamlıq Təşkilatı (WHO) ilə birgə, bu situasiyanın yalnız Çin daxilində deyil həmçinin Çin xaricinə də asanlıqla yayıla biləcəyini və təxirə salına biləcək global görüşlərin belə şəraitdə risk edilməməsinə dair məsləhətlər verib.

Dünya Atletikası hətta könüllü şəkildə təşkilatçlığı öz üzərinə götürə biləcək başqa ölkədə keçirilməsinə dair fikir irəli sürmüş lakin müzakirədə bu versiya dəstəklənməmişdir. 

Nəticə etibari ilə idmançıların uzun müddət bu yarışa hazırlaşdıqlarını, təşkilatçıların uzun hazırlıq prosesini və sıx təqvim planından çıxarılmaması üçün yarışı 2021-ci ilə təxirə salınması təstiqləndi.