Azərbaycanın atletləri İstanbulda IV Balkan Çempionatında iştirak edəcəklər!

Fevralın 9-da Azərbaycanın gənc atletləri İstanbulda keçiriləcək 20 yaşadək idmançılar arasında IV Balkan çempionatında iştirak edəcəklər.

Turnirdə ölkəmizi Əli Abdiyev, Teymur Salahzadə, Çingiz İsrafilov, Kəsgin Abbaszadə, Rüstəm Məmmədov, Yusif Nəzərov, Lamiyə Vəliyeva və Yelena Pextireva təmsil edəcəklər.

İdmançılarımız turnirdə qaçış (60m, 400m), tullanma (üçtəkanla, uzunluğa) və nüvəitələmə yarışlarında mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirdə atletlərimiz federasiyanın baş katibi Məhərrəm Sultanzadə və yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Nazim İsrafilovun rəhbərliyi altında mübarizə aparacaqlar.

AZƏRTAC paylaşımı üçün linkə keçid edə bilərsiniz