2020-ci il Dünya Atletikası Qış Turlarının qalibləri Nanjing üçün öz yerlərini təmin etdilər!

Yeddi uğurlu keçirilmiş Dünya Atletikası Qış Turlarının qalibləri, 2021-ci ildə keçiriləcək Qış Dünya Çempionatına vəsiqə qazandılar.

Çempionatın məlum səbəblərə görə növbəti ilə təxirə salınmasına baxmayaraq, artıq 11 qalib idmançının oradakı iştirakı təsdiqlənib. 

Həmçinin, onu da qeyd edək ki, həmin 11 idmançı üçün 20.000 ABŞ dolları dəyərində mükafat nəzərdə tutulur

Sizlərə növlər üzrə qalibəri təqdim edirik:

Kişilər
60m – Ronni Baker (ABŞ)
800m – Kollins Kipruto (Kenya)
3000m – Getnet Vale (Efiopiya)
Şüvül ilə tullanma – Armand Duplantis (İsveç)
Üç təkanla tullanma – Hugues Fabrice Zango (Burkina Faso)
Nüvə itələmə – Filip Mihaljevic (Xorvatiya)

Qadınlar
400m – Custina Svieti-Ersetik (Polşa)
1500m – Gudaf Tsegay (Efiopiya)
60m sədlərlə qaçış – Kristina Clemons (ABŞ)
Hündürlüyə tullanma – Yaroslava Mahuchikh (Ukrayna)
Uzunluğa tullanma – Marina Bekh-Romanchukh (Ukrayna)

Narmativı doldurmamış idmançıları növbəti Dünya Atletika turlarında içtiraka dəvət edirik

Qeyd edək ki, 2021 və 2022-ci illərdə Dünya Atletikası Qış Turlarının qalibləri 2022-ci il Belqradda keçiriləcək Qış Dünya Çempionatına avtomatik vəsiqə qazanacaqlar