Azərbaycan Atletika Federasiyası Tokyo 2020 hazırlıq iclasında iştirak etdi

27 Fevral 2020-ci il tarixində Azərbaycan Atletika Federasiyası Milli Olimpiya Komitəsində keçirilən Tokyo 2020 hazırlıq iclasında iştirak etdi

Gənclər və İdman Nazirliyi İdman şöbəsinin müdiri və Tokyo 2020 nümayəndə heyətinin rəhbəri Fərid Mansurov, Milli Olimpiya Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Bağırov, Milli Olimpiya Komitəsinin Marketing şöbəsinin müdiri Mehman Kərimov və digər idarə heyəti nümayəndələri iştirak etdilər.

Azərbaycan Atletika Federasiyasını, Federasi yanın Baş Katibi Məhərrəm Sultanzadə, Baş Məşqçi Bəhruz Salehli,  Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Kənan Məhərrəmov və Baş mütəxəssisi İradə Mehdiyeva təmsil etdilər. 

Bu görüşdə, lisenziya qazanmış idmançılar, idarə heyəti və nümayəndələrin akkreditasiya məsələləri, səfər və yerləşdirilmə, hazırlıq prosesi, məşq prosesi, media istifadə göstərişləri və digər məsələlər müzakirə olundu