İnternational Match -ın yekunu olaraq iştirak etmiş hər komandadan ən yaxşı idmançılar Belarus Atletika Federasiyası tərəfindən mükafatlandırıldılar.

Beləliklə, 25-26 Fevral tarixlərində keçirilmiş 20 yaşa qədər yeniyetmə idmançılar arası İnternational Match -ın yekunu olaraq iştirak etmiş hər komandadan ən yaxşı idmançılar Belarus Atletika Federasiyası tərəfindən mükafatlandırıldılar. 

Adlar səsləndirilir, mükafatlar təqdim olunur və komanda mübarizəsinin kimin qələbəsi ilə başa çatdığı məlum olur 

Ümumilikdə, 12 ölkəni təmsil edən komanda hesabına görə bizim idmançılar komandamıza 35 xal gətirdilər

Yarışın yekunlarına əsasən 2 idmançımız, Pextireva Yelena və Məmmədov Rüstəm öz komanda nəticələrinə əsasən ən yaxşı idmançılar olaraq mükafatlandırıldılar. 

Qeyd edək ki, idmançımız Məmmədov Rüstəm bu yarışda qızıl medal qazanaraq ölkəmizin bayrağını ucaltmışdı

Azərbaycan Atletika Federasiyası adından idmançıları təbrik edir, daha yüksək nəticələr arzu edirik