Korona virus haqqında bilmədiklərimiz

Korona Virus haqqında ümumi məlumat

 

Koronaviruslar böyük bir virus ailəsidir. Özündə ümumi soyuq dəymədən şiddətli xəstəliklərə qədər səbəb ola bilən ağır kəskin tənəffüs sindromu (SARS) və Orta Şərq tənəffüs sindromu (MERS-CoV) kimi xəstəlikləri birləşdirir. Bu yaxınlarda, SARS-CoV-2 adlı yeni bir virus Çində başlayan COVID-19 xəstəliyinə səbəb oldu. Aydın ünsiyyət məqsədi ilə Dünya Atletikası, həm virusa, həm də xəstəliyə istinad etmək üçün COVID-19 terminindən istifadə edir.

COVID-19, əsasən öskürək yolu ilə yoluxmuş bir insanın tənəffüs sekresiyalarından yayılır.

Xəstəlik özündə aşağıda qeyd olunan respirator simptomları əhatə edir:

  • Hərarət
  • Boğaz ağrısı
  • Öskürək
  • Nəfəs almaqda çətinlik

Əgər xəstəlik əlamətləri varsa, maska geyinməyiniz və tibbi müayinədən keçməyənə qədər özünüzü başqalarından təcrid etməyiniz xahiş olunur

Sadəcə fərdi həkimlərinizə məlumat vermək və ya məsləhət almaq kifayət deyil. Tam müayinə keçərək, virus əlamətləri aşkar olunduğu təqdirdə digərlərinə infeksiya yaymamaq məqsədi ilə dərhad təcrid olunmalı, həmçinin ən qısa zamanda yaxın müddətdə əlaqədə olduğu şəxsləri müayinəyə cəlb etmək məsləhət görülür. Yox əgər sadəcə xəstə şəxslərlə əlaqədə olmusunuzsa onu da tibbi komandaya bildirməlisiniz.

Koronavirus infeksiyasının qarşısını almaq üçün ümumi qorunma tədbirləri aşağıdakı kimidir:

  • Əllərinizi mütləq şəkildə isti su ilə və sabunla yumaq, anti-bakterial gellərdən istifadə etmək, xüsusən də askırma, öskürmə, yemək qəbul etdikdə və s. hallarda tibbi spirt ilə dezinfeksiya etmək;
  • Əllərinizi, göz, burun və ağız nahiyələrinə vurmamaq;
  • Kəskin respirator infeksiyaların əlamətləri olan şəxslərdən uzaq durmanız;
  • Öskürmə və asqırma hallarında, ağız nahiyənizi əlinizlə deyil salfet və ya qolunuzla örtməyiniz məsləhət görülür

Diaqnostik tədbirlər:

  • Səyahət etməkdən və ya idxal olunan bağlama, məhsul və s yayınmanız;
  • İsti su içməniz;
  • İmuniteti normada saxlamaq məqədi ilə stabil qida və yuxu almağınız;
  • Siqaret çəkməkdən və siqaret tüstüsündən uzaq olun;

Daha ətraflı məlumat üçün Dünya Sağlamlıq Təşkilatı tərəfindən hazırlanmış məlumata keçid edə bilərsiniz