Azərbaycan Mətbuat Şurası, "Olimpiya dünyası " qəzeti və "Olimpsport " jurnalının birgə təşkilatçılığı ilə keçirilən 2019-cu ilin “Qızıl10-luq” idman sorğusunun nəticələri açıqlanıb!

Azərbaycan Mətbuat Şurası, "Olimpiya dünyası " qəzeti və "Olimpsport " jurnalının birgə təşkilatçılığı ilə keçirilən 2019-cu ilin “Qızıl10-luq” idman sorğusunun nəticələri açıqlanıb

Martın 2-də Azərbaycan Mətbuat Şurasının inzibati binasında “Qızıl 10-luq ” idman sorğusunun qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, " Olimpiya dünyası " qəzetinin baş redaktorunun müavini, Əməkdar jurnalist Aslan Şirəliyev və “Olimpsport ” jurnalının baş redaktoru Ramin Allahverdiyev iştirak edib. Fəxri qonaqlar arasında  idman ictimaiyyətinin tanınmış nümayəndələrindən üçqat dünya və Avropa çempionu Hacı Əliyev, üçqat Avropa çempionu, yığma komandanın kapitanı Cəbrayıl Həsənov, “Neftçi ” Klubunun veteran futbolçusu, Şimali Osetiyanın “Şöhrət ” ordeni laureatı Nazim Süleymanov, Bakı Dövlət Universitetinin hüquq elmləri doktoru, professor Mayis Əliyev, Xəzər televiziya kanalının jurnalisti Sənan Abdullayev və digər nüfuzlu şəxslər də yer alıblar. 

Bu görüşdə Tokio Olimpiya Oyunlarına vəsiqə qazanmış idmançımız Nazim Babayev “İlin idmançısı” mükafatı ilə təltif olunub

İdmançımızı təbrik edir daha yeni uğurlar azru edirik