Gdiniada keçiriləcək Yarım Marafon üzrə Dünya Çempionatı təxirə salındı!

 Təəssüflə qeyd etməliyik ki, Yarım Marafon üzrə Dünya Çempionatının təşkilatçısı olan Gdinia İcra Hakimiyyəti rəsmi şəkildə, Koronavirus yayılma təhlükəsi ilə əlaqədar 29 Mart tarixli yarışı, 2020-ci ilin Oktyabr ayına təxirə saldığını elan etdi. 

 Hazırki vəziyyət yarışın təşkilatçılıq keyfiyyətinə və təhlükənin yayılmasına ciddi təsir edə bilər. Dünya üzrə ciddi nəzarət, qorxu və beynəlxalq səyahət məhdudiyyətlərini nəzərə alaraq bu qərarı uyğun gördüklərini bildiriblər. 

"Biz, hər şeydən öncə idmançıların və rəsmilərin sağlamlıqlarını düşünərək bu qərarı verdik" deyə əlavə etdilər. 

Dünya Sağlamlıq təşkilatı (W.H.O) ilə əməkdaşlıq edən yerli tibbi komandaları virusun kifayət qədər ölkəyə yayıldğı faktını nəzərə alaraq, kütləvi toplaşmalardan yayınmağı məsləhət görür

Bu həftə təxirə salınmış yarış üçün daha ən uyğun tarix müzakirə olundu və hazırda 17 oktyabr 2020-ci il olaraq qeydə alındı

Yarış haqqında daha ətraflı məlumat almaq üçün website keçid edə bilərsiniz