Brilliant Liqası mövsümün ilk yarışlarını təxirə saldı!

 Bugün, Vanda Brilliant Liqası 2020-ci ilin yarış cədvəlində bəzi dəyişikliklər etdiklərini elan etdilər. Bunun səbəbi məlum olan və global böhrana şərait yaradan koronavirus olduğunu qeyd etdilər. 

 COVİD 19 kimi tanınan virus artıq bir çox ölkələrə sürətli şəkildə yayılaraq ciddi rejimin yaradılmasına səbəb olub. Buna görə də Aprel ayının 17-si Qatarda həmçinin 9-u və 16 May tarixlərində planlaşdırılan yarışların əvvəlki plan üzrə keçirilməsi sual altındadır. Vəziiyəətin global səviyyədə stabilləşmədiyi ana qədər yarışların təxirə salınması qərarını verən təşkilat komitəsi bunu hər kəsin təhlükəsizliyi üçün etdiklərini qeyd etdi

Hazırda bir çox ölkələrin Qatara daxil olması qadağandır və bizdə olan məlumata görə Dohada nəzərdə tutulan bütün yerli və beynəlxalq yarışlar 30 gün müddətində təxirə salınıb. 

 Əgər şərait buna uyğun olsa Brilliant Liqa 9-11 Sentyabr 2020-ci il tarixlərində Zurixdə keçiriləcəyi bildirilib