Dünya Atletikası Olimpiya Oyunları təxirə salınması haqqında qərarı elan etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) koronavirus pandemiyasına görə “Tokio 2020” Yay Olimpiya və Paralimpiya oyunlarının gələn il keçirilməsi barədə qərar qəbul edib. Bu qərar çətin olsa da, idmançıların, nümayəndə heyətinin və Olimpiya Oyunlarına bilavasitə aid şəxslərin sağlamlıq və təhlükəsizliyinin təmini məqsədi ilə ən gec 2021-ci ilin Yayına qədər təxirə salınmasına gətirib çıxartdı 

“Tokio 2020” Olimpiya Oyunları cari il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Martın 24-də Yaponiyanın Baş Naziri Şinzo Abe ilə Beynəlxalq Olimpiya Komjitəsinin prezidenti Tomas Bax arasında telefon danışığı zamanı hökumət rəhbəri qlobal koronavirus pandemiyasına görə Olimpiadanın 2021-ci ildə təşkil olunmasını təklif edib.

Məlumatda deyilir: “Dünya Səhiyyə Təşkilatının bu gün təqdim etdiyi informasiya əsasında Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Yaponiyanın Baş Naziri Şinzo Abe Tokioda təşkil ediləcək Olimpiya Oyunlarının idmançıların, həmçinin bütün iştirakçıların və beynəlxalq ictimaiyyətin sağlamlığını qorumaq üçün 2020-ci ildən sonra, lakin 2021-ci ilin yayından gec olmamaq şərtilə keçirilməsi barədə razılığa gəliblər”.

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi üzvlərinin razılığına əsasən, Olimpiya alovu Yaponiyada saxlanacaq. Həmçinin yarışlar “Tokio 2020” Olimpiya  oyunları adı altında keçiriləcək.