Dünya Atletikası Prezidenti Sebastian Konun, Atletika İcmasına müraciəti

Bu dəqiqə dünyanın hər bir qitəsinə təsir edən bu dözülməz şəraitdə insanların yaradıcılığı və dayanıqlılığı mənə inanılmaz rahatlıq verir. Artıq sosial təcrid olunmağın ikinci həftəsini yaşayan, lakin hələ də işlərini davam etdirən, Monakodakı komandalarımdan tutmuş, 214 üzv federasiyaların, gündən günə, hər saatlarını işləri qaydada tutmağı bacaran, hər dəqiqələrini pozitiv ruhda, öz yataq otaqlarında və ev şəraitində idman edən dayanıqlı idmançılar nəinki özlərini, həmçinin bütün dünya üçün motivasiya edici nümunədir. İdmançların paylaşdıqları videolar, yaşından aslı olmayaraq bu cür şəraitdə məşq edərək digərlərini ilhamlarndırmaları məndə çox böyük fəxr hissi yaradır. Bu bizim daha da bərabər, həmrəy, güclü və iradəli olacağımıza, daha global olacağımıza baris nümunədir. Hazırki vəziyyət idmanda rastlaşdığımız nəinki fiziki, həmçinin mənəvi güclü və dayanıqlı olmağı, məsuliyyəti və dözümlülükdən istifadə edərək birgə bu maneəni aşmağımıza kömək edən vasitə kimi görürəm.

Bu yalnız idman sahəsində deyil, bütün sahələr üçün bir sınaq və oyanmağa çağırışdır. Biz situasiyaya adaptasiya olunaraq dayanmadan yeni üsullar düşünərək irəli getməliyik. Artıq heç nə əvvəlki kimi ola bilməyəcək.

Daha öncəki həftə Yaponiya Hökümətinin və Beynəlxalq Olimpiya Komitəsinin Tokyo 2020 Olimpiya Oyunlarının təxiri haqqında elanı paylaşılmışdı. Biz düşünürük ki, hazırki şəraitdə, bu idmançıların, texniki işçilərin, könüllülərin və bütün əlaqəli şəxslərin də istəyidir. Bugünün preoriteti sağlamlıq və hər kəsin təhlükəsizliyidir. Bizə çətin olsa da, bunu qəbul etməliyik ki, bəzən idmanda da qeri atdım atmaq ehtiyacı olur.

Hələki, növbəti il üçün nəzərdə tutulan Olimpiya oyunlarının dəqiq tarixləri bəlli deyil, bu qərar Beynəlxalq Olimpiya Komitəsi və Yaponiya Höküməti tərəfindən ictimaiyyətə elan ediləcək. Etdikləri zaman, Dünya Atletikası olaraq bizim öhdəliyimiz, bu situasiyanın Oregon 21 Dünya Athletikası Çempionatına necə təsir edə biləcəyini müəyyən etmək olacaq. Bilirəm hazırda hər kəs suallara cavab gözləyir, lakin sizdən səbr və zaman istəyirəm. Biz bu zamanı, hər kəs üçün məhsuldar olacaq qərarın qəbulu və mümkün variantların aşılanması üçün istifadə edəcəyik.

Dünya Atletikası olaraq bizim sizlərlə paylaşmaq istəiyimiz öncəliklərimiz aşağıdakılardır:

  • İdmançılarımızı mümkün qədər tez və sağlam mühitdə yarışlar mühitinə geri qaytarmaq. 
  • Olimpiya oyunlarına lisenziya sistemi ilə əlaqədar prosesin keçirməyimizi sürətləndirmək və prosesdəki dəyişiklikləri ən qısa müddətdə yayımlamaq ki, idmançılar növbəti addımlarını bilsinlər. 
  • Qlobal tədbir və yarışların təqvimini nəzərdən keçirtmək, yalnız növbəti iki il üçün deyil, uzun müddətə.Qlobal tədbir və yarışların təqvimini yenidən təşkil etmək
  • Və təbiiki atletikanın inkişafını təmin edəcək strategiyanın yaradılmasına və tədbiqinə davam etmək

 

Bizim hər birimizin məsuliyyəti və edə biləcəyi ən böyük kömək sağlam qalmaq, ev şəraitində olmaq və ruhdan düşməməkdir