Brilliant Liqası 2020-ci il üçün yeni müvəqqəti təqvimi elan etdi

Bugün, Vanda Brilliant Liqası təqvimindəki dəyişikliklər haqqında 2020-ci ilin Avqust Sentyabr ayı üçün müvəqqəti təqvimi elan etdi. Pandemiya ilə əlaqədar artıq təxirə salınmış yarışların tarixləri dəyişdirilə, digərləri isə təşkilatçıların qərarına əsasən ləğv ediləcəyi bildirilib

Global krisis nəticəsində Vanda Brilliant liqası yaxın həftələrdə bir sıra yarışları təxirə salmaq məcburiyyəti ilə üzləşib

Yarışın təşkilatçıları olan Vanda Brilliant Liqası və Dünya Atletikası, global pandemiyanın şərait yaratdığı zaman həm idmançılar həm də azərkeşlər üçün uyğun mühitdə mərhələli şəkildə yarışların keçirilməsini vəd ediblər

Bunu nəzərə alaraq və dünyadakı pandemiya vəziyyətini gözdə tutaraq 2020-ci il üçün alternativ təqvimin elan edilməsi qərarı qəbul edildi. 

Onu qeyd edək ki, bu mövsüm yarışlarından idmançılar xal əldə etməyəcəklər.

2020-ci il Brilliant Liqası üçün nəzərdə tutulmuş müvəqqəti tarixlər aşağıdakı kimidir:

Avqust ayında:
14 Monako
16 Gaytşed
23 Stockholm

Sentyabr ayında:
2 Lausann
4 Brussel
6 Paris (tbc)
17 Roma /Neapl
19 Şanxay

Oktyabr ayında:
4 Eugene
9 Doha
17 ikinci yarış Çin

Ləğv edilmiş yarışlar aşağıdakılardır:

Rabat (31 May), London (4 İyul) və Zurix (9-11 Sentyabr).

Sonuncu, Vanda Brilliant Liqasının Final görüşü üçün planlaşdırılmışdı. Hazırki vəziyyətdə isə, Final görüşü 2021-2022 ilə nəzərdə tutula biləcəyi qeyd edilib