Artıq idmançılar yardım fondundan dəstək ala biləcəklər

Hazırki, pandemiyadan maddi əziyyət çəkən peşəkar idmançılarımıza 31 May tarixinədək yardım fondundan dəstək almaq imkanı verilir. Bunun üçün qeydiyyatdan keçmək kifayətdir

Bu qərar iki həftə əvvəl Dünya Atletikası və Beynəlxalq Atletika Fondu tərəfindən ayrılmış 500.000 ABŞ dollarının yardım fondu çərçivəsində peşəkar idmançılara verilməsi üçün nəzərdə tutulub. Beynəlxalq yarışların təxirə salınması peşəkar idmançıların gəlirinə ciddi təsir etdiyini nəzərə alsaq, bu fond bir çoxlarına dəstək ola bilər.

Müraciət formaların nəzərdən keçirilməsi və uyğun şəxslərə maliyyə dəstəyinin göstərilməsi üçün xüsusi işçi qrupu da təyin edilib

Bu məsuliiyətli və çətin seçim prosesinə, Dünya Atletikası prezidenti Sebastian Ko özü rəhbərlik edərək dəstəyin ehtiyacı olan idmançılara çatdırılmasına bir-başa nəzarət edir