Dünyanın top üç onnövçülükdə yerlərini almış idmançıları növbəti - Çoxnövçülük Qarşıdurmasında!

Həftənin bazar günü - 7 iyun tarixində çoxnövçülük üzrə yeni qarşıdurmanı sizlərə təqdim edəcəyik. 

Onnövçüükdə dünya rekordçusu Kevin Mayer, dünya çempionu Niklas Kaul və dünya çempionatının gümüş mükafatçısı Maysel Unibo Montpellier, Fransa, Mainz, Almaniya və Klermont, Florida, öz təlim bazalarından yola düşəcək güc, sürət və dözümlülük nümayiş etdirərək unikal virtual triatlon təşkil edəcəklər

Yarışlar idmançıların 4,00 m-dən 10 dəqiqəlik müddət ərzində mümkün qədər çox hündürlük dəf etməyə çalışacaqları şüvül ilə tullanma növündən başlayacaq. Sonra onlar nüvə itələmə növünə keçərək, 7,26 kq ağırlığında dəmir nüvəni 12 metrlik xəttə, yenə 10 dəqiqəlik müddət ərzində kimin daha çox yerinə yetirəcəkləri üzrə yarışacaqlar. Triatlon iki konusun bir-birindən 20 metr aralıda yerləşməsi ilə idmançıların beş dəqiqə ərzində hər yerinə yetirdikləri mərhələ qaçışları üzrə alacaqları xal toplaması ilə yekunlaşacaq.

 Hər bir növdə toplanan xallar ümumi qalibin mükafatlandırılması üçün hesablanacaq.

 Əgər hava şəraiti icazə versə, bir saatlıq tədbir Şərq vaxtı ilə axşam 5-də başlayacaq və Dünya Atletikasının YouTube channelTwitter feed və Facebook səhifəsində canlı yayımlanacaq 

 "Format bir az tələbkar olacaq, çünki biz onun [dözümlülük aspektinə] alışmamışıq", - deyə Mayer bildirib. "Biz" sprinterlərik", dözümlülük bizə daha ağır verilir. Mən necə olacağını bilmirəm, amma Niklas bu barədə yaxşı olacağını düşünürəm və biz onunla mübarizə aparmaq məcburiyyətindəyik."

Mayer hesab edir ki, onnövçülük yarışlarında olduğu kimi,  son növ ən çətin yarış olacaq.

"Düşünürəm, biz üçümüz də bilirik ki, üç sonuncu hissə ən çətin olacaq. Mən həyatımda heç vaxt bu xüsusi "nizam-intizam" ilə məşğul olmamışam, amma bilirəm ki, bu, asan olmayacaq. 12 metr və 4 metrlik növə itələmə və şüvül ilə tullanma, mənim üçün daha asan olacağını düşünürəm.”

Kaul da bu çağırışı səbirsizliklə gözləyir.

 "Bu, həqiqətən yaxşıdır, çünki bu, yalnız bir məşqdən başqa bir şeydir", - Kaul bildirib. O, keçən il 21 yaşənda ikən onnövçülükdə dünya üzrə ən gənc çempion oldu. "Mən, həqiqətən, bir ölkədə olmadığımıza baxmayaraq, digər iki oğlanla yenidən rəqabət aparmaq imkanını səbirsizliklə gözləyirəm. Bu çox əyləncəli olacaq.”