Onnövçülükdə U20 yaş qrupu arasında 8435 Dünya rekordu təsdiq edildi!

Qrosseto Karlo Zecchini Stadionunda 20 yaşına qədər idmançılar arasında keçirilmiş onnövçülükdə Niklas Kaulun 8435 nəticəsi, yoxlanışlardan sonra dünya rekordu olaraq təsdiq edildi. 

Almaniyalı idmançı onnövçülüyük ilk günü- 23 iyul 2017-ci il tarixində Qrosseto şəhərində keçirilən Avropa çempionatında 20 ilə qədər yaş qrupu arasında 100m məsafəni 11.48 saniyə, uzunluğa tullnma növündə 7.20m, nüvə itələmə növündə 15.37m, hündürlüyə tullanma növündə 2.05m və 400m məsafəyə qaçışı 48.42 saniyə ilə başladı. 

Onun ilk günlük ortalama 4170 nəticəsi onu 3-cü yerə yüksəltdi. 

Növbəti gün 14.55 saniyə ilə 110m maneələr ilə qaçış növü ilə başladı, daha sonra disk atma növündə 48.49m nəticə ilə davam etdi, Şüvül atma növündən sonra artıq rəqiblərindən 16 xal irəli getmiş idmançı nizə atma növündə 68.05m və 1500m qaçış növündə 4:15.52 nəticə ilə ortalama 8435 xal topladı. 

"Mən, həqiqətən, çox xoşbəxtəm, açığı 8400 – dən çox xal qazanacağımı gözləmirdim-bu, artıq möhtəşəmdir", - deyə Kaul paylaşdı,  Qrosseto-da rekorddan yalnız iki il sonra 2019-cu ildə böyüklər arasında onnövçülük üzrə dünya çempionu adını qazanan Kaul mövsümü yekunlaşdırdı - "Bu mövsümü başa çatdırmaq üçün ən yaxşı nəticədir.”