İdmançımız, erməni aqressiyası nəticəsində Vətən uğrunda şəhid oldu

Gənclər arasında Azərbaycan Çempionu, Kross qaçışı üzrə 3qat Azərbaycan Çempionu, Avropa Olimpiya təsnifat yarışlarının iştirakçısı, Yeniyetmələr arasında Respublika 1-ciliyinin qalibi idmançımız Qeybiyev Arif ölkəmizin işğal edilmiş Qarabağımızın azad edilməsi uğrunda gedən mübarizədə, erməni aqresiyası zamanı Vətən uğrunda şəhid oldu
Qeyd edək ki, Sentyabr ayının 27-sindən erməni hərbi qüvvələrinin hücumu nəticəsində baş vermiş növbəti aqressiyaya Azərbaycan cavabsız qalmır, öz ərazi bütövlüyünü qorumaq və tarixi torpaqlarını işğalçılardan azad etmək uğrunda mübarizə aparır
Azərbaycan Atletika Federasiyası adından onun ailəsinə baş sağlığı bildiririk