Atletika üzrə Avropa Çempionatı 2024-cü ildə Romada keçiriləcək

Avropa Atletika İcrayə Komitəsinin 160-cı iclasının ilk günündə Avropa çempionatının 2024-cü ildə Romada keçirilməsi təklifi təqdim olunub

Koronavirus pandemiyası səbəbindən Avropa Atletika icraiyyə komitəsi iclası vitrual olaraq keçirilib. Həm Roma (ITA), həm də Katovitse-Sileziya (POL) nümayəndələri 2024-cü ildə Avropa Atletikası yarışı üçün ərizələrini təqdim etmək imkanına malik oldular.

Avropa Atletikası, həmçinin, Katovis-Sileziya (POL) ilə  atletika üzrə gələcək Avropa çempionatının keçirilməsi məsələsini müzakirəyə qoydular. European Athletikasının baş direktoru Kristian Miltsenin rəhbərlik etdiyi və 2021-ci ildə Torunada yerləşən Atletika üzrə Avropa çempionatının keçirilmə yerini ziyarət etmək üçün regiona istiqamətlənmiş nümayəndə heyəti yaxın həftələrdə ilkin danışıqlara başlayacaq.

Bu elandan sonra Avropa Atletikasının müvəqqəti prezidenti Dobromir Karamarinov deyib: "Biz çox şadıq ki, Roma 2024-cü ildə atletika üzrə Avropa çempionatına ev sahibliyi edəcək və biz onların möhtəşəm ərizəsinə görə Katovitse-Silesiyaya təşəkkür etmək istərdik.

"İtaliya artıq nümayiş etdirib ki, bütün yaş qruplarında atletika üzrə əla çempionatlar keçirmək iqtidarındadır və əminəm ki, idmançılar və azarkeşlər 2024-cü ildə Romaya səfərlərini səbirsizliklə gözləyəcəklər.”

Turin 1934-cü ildə ilk nəşrini keçirdikdən sonra İtaliya atletika üzrə artıq ikiillik Avropa Çempionatını, daha sonra isə 1974-cü ildə Pyetro Mennenin ev sahibi ölkə üçün 200 metr məsafəsində qələbə qazanması ilə şöhrət qazanmasından sonra üçüncü dəfə olacaq.

Bu, həmçinin 1987-ci ildə atletika üzrə Dünya Çempionatından sonra İtaliyanın paytaxtında keçiriləcək ilk böyük həcmli atletika yarışı olacaq.

2024-cü il atletika üzrə Avropa çempionatı həm 1974-cü ildə  atletika üzrə Avropa çempionatının, həm də 1987-ci ildə atletika üzrə dünya çempionatının, həmçinin 1960-cı il Olimpiya Oyunlarının keçirildiyi məşhur Olimpiko stadionunda keçiriləcək.

1990-cı ildə təmir edilmiş "Olimpiko" stadionu, həmçinin Roma Brilyant Liqasının hər il keçirilən görüşü 70 000-ə qədər tamaşaçı tutumuna malikdir.